May 30, 2024 14:31 Asia/Baku
  • İNQİLAB RƏHBƏRİ:”HÖRMƏTLİ AMERİKADAKI GƏNC TƏLƏBƏLƏR! SİZ İNDİ TARİXİN DOĞRU TƏRƏFİNDƏSİNİZ”

İslam İnqilabının Aliməqamlı Rəhbəri Ayətullahul-uzma Xamenei Amerika universitetlərində Fələstin xalqına vicdanla dəstək duran tələbələrə ünvanladığı məktubda tələbələrin anti-sionist etirazlarına öz dərin rəğbət və həmrəyliyini ifadə edərək, onların müqavimətin bir hissəsi olduğunu və Qərbi Asiya kimi həssas regionun dəyişən vəziyyəti və taleyinə işarə edərək, dünya tarix səhifəsinin çevrildiyini bildirmişlər.

İslam İnqilabının Aliməqamlı Rəhbəri Ayətullahul-uzma Xameneinin müraciət məktubu:

 

Bağışlayan və Mehriban Allahın adı ilə

 

Mən bu məktubu oyanmış vicdanı Qəzzənin məzlum uşaq və qadınlarını müdafiə etməyə sövq edən gənclərə yazıram.

 

Amerika Birləşmiş Ştatlarındakı əziz gənc tələbələr! Bu, bizim sizə rəğbət və həmrəylik ismarıcımızdır. Siz indi vərəqi çevrilməkdə olan tarixin doğru tərəfində dayanırsınız.

 

Siz indi müqavimət cəbhəsinin bir hissəsini təşkil etmiş və qəsbkar, amansız sionist rejimi açıq şəkildə müdafiə edən dövlətinizin qəddar təzyiqləri altında şərəfli mübarizəyə qalxmısınız.

 

Sizdən uzaq bir yerdə böyük müqavimət cəbhəsi illərdir ki, sizin indiki idrak və hisslərinizlə mübarizə aparır.

Bu mübarizənin məqsədi “sionistlər” adlı terrorçu və amansız bir şəbəkənin illər öncə Fələstin xalqına və onların ölkələrini işğal etdikdən sonra ən ağır təzyiq və işgəncələrə məruz qoyduğu aşkar zülmün qarşısını almaqdır.

Sionist aparteid rejiminin bugünkü törətdiyi soyqırım isə, ötən onilliklərin son dərəcə qəddarcasına rəftarının davamıdır.

 

Fələstin müsəlmanlar, xristianlar və yəhudilərdən ibarət xalqa və uzun tarixə malik müstəqil bir ölkədir.

 

Dünya Müharibəsindən sonra kapitalist sionist şəbəkələri İngiltərə hökumətinin himayəsi ilə tədricən bir neçə min terrorçunu bu torpaqlara gətirdilər. Onlar bu məntəqənin şəhərlərini və kəndlərini işğal etdilər. On minlərlə insan öldürüldü və ya qonşu ölkələrə sürgün edildi. Evlərini, bazarlarını, təsərrüfatlarını əllərindən aldılar və qəsb edilmiş Fələstin torpağında İsrail adlı bir hökumət qurdular.

 

Bu qəsbkar rejimin İngiltərənin ilkin yardımından sonra ən böyük dəstəkçisi Amerika Birləşmiş Ştatları hökumətidir. Amerika bu rejimə siyasi, iqtisadi dəstəyini və onu silahlandırmağa davam etdi, hətta bağışlanmaz ehtiyatsızlıq üzündən onun nüvə silahı istehsalına yol açmasına imkan yaratdı, ona bu şəkildə kömək etdi.

 

Sionist rejim elə ilk gündən müdafiəsiz Fələstin xalqına qarşı “dəmir yumruq” siyasətindən istifadə edərək, bütün vicdanın qəbul etdiyi, bəşəri və dini dəyərlərə məhəl qoymayaraq, öz qəddarlığını, terroru və repressiyaları günü-gündən artırdı.

 

ABŞ hökuməti və onun müttəfiqləri terrorist və davamlı zülmkarlıqlar etmiş bu dövlətə bir dəfə də olsun heç üzdə turşutmadılar. Elə bu gün də, ABŞdövlətinin Qəzzədə baş verən dəhşətli cinayətlə bağlı bəzi bəyanatları reallıqdan daha çox ikiüzlülükdür.

 

Müqavimət Cəbhəsi bu qaranlıq və ümidsizliyə qərq olmuş belə bir fəzanın dərinliklərindən baş qaldırdı və İranda İslam Respublikası hökumətinin qurulması onu daha da genişləndirdi və getdikcə gücləndirmiş oldu.

 

Amerika və Avropadakı əksər media şirkətlərinə sahib olan və ya onları pul və rüşvətlərinin təsiri altına almış beynəlxalq sionizmin başçıları, bu humanist və şücaətli müqaviməti “terrorçu” kimi təqdim etdilər! Sizcə özünün sahib olduğu torpaqda sionist işğalçıların cinayətlərinə qarşı özünü müdafiə edən xalq terrorçudurmu? Bəs bu xalqa humanitar yardım etmək, onun qolunu gücləndirmək terrora kömək sayılarmı heç?

 

Nifrətə layiq qlobal hökmranlığın liderləri bəşəri anlayışlara belə rəhm etmirlər. Qəddar və terrorçu İsrail rejiminin özünü müdafiə etdiyini iddia edərək, öz azadlığını, təhlükəsizliyini və öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən Fələstin müqavimətini “terrorçu” adlandırırlar!

 

Sizi əmin etmək istəyirəm ki, bu gün şərait daha dəyişməkdədir. Qərbi Asiyanın həssas regionunu daha bir aqibət gözləyir. Dünya miqyasında bir çox vicdanlar artıq oyanıb və həqiqətlər üzə çıxır. Müqavimət cəbhəsi daha da güclənib və bundan qat-qat artıq da güclənəcək. Tarixin səhifəsi daha çevrilmək üzrədir.

Siz ABŞ-ın onlarla universitetinin tələbələri, Sizdən başqa  digər ölkələrin universitetləri və həm də insanlar da ayağa qalxıb.

Universitet müəllimlərinin siz tələbələrlə birlik nümayişi göstərmək və dəstək durması isə, olduqca mühüm və təsirli bir hadisədir.

 Bu, hökumətin polis fəaliyyətinin şiddəti və sizə qarşı təzyiqləri qarşısında bir qədər təsəlliverici ola bilər. Mən də siz gənclərin qəmini bölüşür və sizin mövqeyinizi yüksək qiymətləndirirəm.

Quranın biz müsəlmanlara və bütün dünya xalqlarına verdiyi dərs haqq yolunda dayanmaqdır:

 Fastəqim Kəmə Umirt (1) “Sənə əmr edildiyi kimi düz yolda ol. Və Quranın insanlıq münasibətlərində verdiyi dərsi belədir:

" Zülm etməyin və zülmün altına getməyin”

 

Bu və yüzlərlə buna bənzər göstərişləri öyrənib onlara əməl etməklə müqavimət cəbhəsi irəliləyib qələbə qazanacaq; Allahın izni ilə

 

Quranla üns yaratmanızı sizə tövsiyə edirəm

 

Seyid Əli Xamenei

 

Teqlər