İran Silahlı Qüvvələri:”Prezident helikopterinin təxribat nəticəsində qəzaya uğraması rədd edilir”
İran Silahlı Qüvvələrin Baş Qərargahının ölkə prezidentini daşıyan helikopterin qəzaya uğramasının səbəb və ölçülərini araşdıran Ali Komissiyanın ikinci hesabatını açıqlayıb. Bildirilib ki, helikopterin uçuşu zamanı təxribat nəticəsində və ya yüksəkliklərin yamaclarına çırpılmasından öncə partlaması rədd edilir.
29 may 2024-cü il çərşənbə günü prezident və onunla birgə olan həmkarların helikopter qəzasının səbəb və ölçülərini araşdıran Ali Komitənin ikinci hesabatı İran Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən elan edilib.
Bu hesabatda qeyd edilib ki, qəzanın baş verməsində təmir və uçuş öncəsi baxış səbəbilə təsirli ola biləcək hər hansı qüsurun olmaması və həmçinin, vertolyotun sərnişinlərinin sayı və onun təchizatının icazə verilən həddə olduğu müəyyənləşib.
Hesabatda bildirilir ki, uçuş qrupunun pilotları arasında qeydə alınmış danışıqlara əsasən, qəzaya uğramış helikopterin pilotları ilə son təmas hadisə baş verən vaxta və onların cavab verməməsinə qədər 69 saniyə çəkib və bu arada hər hansı fövqəladə vəziyyətin elanı qeydə alınmayıb”
Silahlı Qüvvələrin Baş Qərargahının verdiyi ikinci hesabatında uçuş zamanı və ya hündürlüklərə dəyməzdən öncə təxribat nəticəsində yaranan partlayışın baş verməsi, rabitə sistemində hər hansı bir nasazlıq və ya tezlik müdaxiləsi rədd edilib.
Bundan əlavə İxtisaslaşmış ekspertlərin hesabatına görə, qəzaya uğrayan helikopterdə elektron müharibənin izləri müşahidə edilməyib.
Hesabatın sonunda bildirilir ki, qəzanın əsas səbəbi müəyyənləşdirilənə qədər kontrol və məlumatların təhlili davam etdiriləcək və bu haqda nəticələr açıqlanacaqdır.