May 30, 2024 17:45 Asia/Baku
  • İranda 14-cü Prezident seçkilərinə namizədlərin qeydiyyatı başlayıb

Bu gün, 30 may, cümə axşamı səhər saat 8:00-dan etibarən İran Seçki Komissiyası 14-cü prezident seçkilərinə namizədlərinin qeydiyyatına start verib. Bildirilir ki, Namizədlərin beş gün ərzində, yəni iyunun 3-dək hər gün səhər saat 8:00-dan axşam saat 18:00-dək ölkənin seçki komissiyasına gələrək bu seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçməlidir.

Bu beş günlük fürsət başa çatdıqdan sonra Nəzarət Şurası 4 iyundan etibarən yeddi gün əzrində namizədləri nəzərdən keçirəcək və nəhayət 11 iyun ölkənin Daxili İşlər Nazirliyinə uyğun namizədlərin adlarını elan edəcəkdir.

Nəzarət Şurasının yekun rəyi açıqlandıqdan sonra seçki namizədlərinə 15 gün müddətində yəni 26 iyunadək təbliğat kampaniyaları keçirməyə fürsət verilib. Qaydaya görə, 27 iyunda seçki təbliğat kampaniyaları qadağan ediləcək və seçkilər iyunun 28-də keçiriləcəkdir.

Namizədlərdən heç biri səs çoxluğunu toplaya bilmədiyi təqdirdə, seçkinin ikinci mərhələsi iyulun 5-i cümə günü keçiriləcəkdir.

Prezident Seçki Qanununun 35-ci maddəsinə əsasən, namizədlər qeydə alınarkən onun dini, siyasi, İran əsilli olması, İran İslam Respublikasının vətəndaşlığına malik, idarəedici və tədbirli, müsbət iş stajı, etibarlı, təqvalı, mömin və İran İslam Respublikasının əsaslarına və ölkənin rəsmi dininə bağlı biri olmalıdır.

Qeydiyyat zamanı namizədlərin minimum yaşı 40, maksimum yaşı isə 75 olmalıdır.

Uyğun namizədlər yalnız milli kimlik və doğum haqqında şəhadətnaməyə malik olmaqla prezident seçkilərində iştirak edə bilərlər.

Qeyd edək ki, 2025-ci ilin iyununda keçirilməsi nəzərdə tutulan 14-cü prezident seçkiləri Şərqi Azərbaycan vilayətində helikopter qəzasında prezident və onunla birgə həmkarların şəhidəti səbəbilə Konstitusiyasının 131-ci maddəsinə əsasən, bu il iyunun 28-i baş tutacaq.