İnqilabın Rəhbəri: “Müqavimət Suriyanın imtiyazlı kimliyidir və bu qorunmalıdır”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Suriya prezidentini ilə görüşdə müqaviməti Suriyanın imtiyazlı kimliyi olduğunu diqqətə çəkərək “Suriyanın bölgədəki xüsusi mövqeyi bu kimliyə görə imtiyazlıdır və bu mühüm xüsusiyyət qorunmalıdır”-deyə buyurublar.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullahul-Uzma Xamenei Suriya prezidenti Bəşər Əsəd və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə müqaviməti Suriyanın imtiyazlı kimliyi olduğunu qeyd edərək ölkənin bölgədəki xüsusi mövqeyi bu kimliyə görə imtiyazlı olduğunu və belə bir mühüm xüsusiyyətin qorunmalı olduğunu bildirib.
Görüşdə cənab Bəşər Əsədin İran xalqına başsağlığı vermək üçün Tehrana gəlməsinə görə təşəkkürünü çatdıran Ali Rəhbər cənab Rəisinin İran-Suriya əlaqələrinin möhkəmlənməsində mühüm roluna və cənab ƏmirAbdollahianın da bu məsələyə xüsusi diqqətinin yetirdiyini bidirib.
Həzrət Ayətullahul-Uzma Xamenei İran və Suriya arasında əlaqələrin möhkəmlənməsini iki ölkənin müqavimət cəbhəsinin sütunları olması baxımından vacib qiymətləndirmiş və Suriyanın müqavimət kimliyinin mərhum Hafiz Əsədin dövründə “Müqavimət Cəbhəsi və Dirəniş”in qurulması ilə şəkilləndiyini və bu kimliyin Suriyanın milli birliyinə hər zaman töhfə verdiyini qeyd ediblər.
Belə bir kimliyin qorunub saxlanmasının vacibliyini vurğulayan Müəzzəm Rəhbər Qərblilər və onların bölgədəki müttəfiqlərinin Suriyaya qarşı müharibə aparmaqla bu ölkənin siyasi sistemini çökdürməyi və Suriyanı bölgənin güc balasından uzaqlaşdırmağı planlaşdırdıqlarını amma buna nail olmadıqlarını və indi başqa üsullarla, o cümlədən heç vaxt yerinə yetirməyəcəkləri vədlərlə Suriyanı regional arenadan çıxarmağı düşündüklərini diqqətə çatdırmışlar.
İslam İnqilabının Rəhbəri cənab Bəşər Əsədin qəti mövqeyini təqdirə layiq olduğunu nəzərdə saxlayaraq “Hər kəs Suriya hökumətinin xüsusi imtiyazını, müqavimətini gözləri qarşısında görməlidir”-deyə bildirmişlər.
Həzrət Ayətullahul-Uzma Xamenei Amerika və Avropanın İran və Suriyaya siyasi və iqtisadi təzyiqlərinə işarə edərək “Biz əməkdaşlığı artırmaq və nizama salmaqla bu şəraiti aradan qaldırmalıyıq.”-deyə qeyd etmişlər.
İslam İnqilabının Rəhbəri həmçinin bəzi region ölkələrinin Qəzzə məsələsi ilə bağlı mövqeləri və hərəkətsizliyini tənqid edərək, ərəb liderlərinin Manamadakı son görüşünə toxunublar.
“Bu görüşdə Fələstin və Qəzzəyə qarşı bir çox çatışmazlıqlar oldu, lakin bəzi ölkələr də yaxşı çıxış etdilər”-Ali Rəhbər əlavə ediblər.
Bu görüşdə Suriya prezidenti Bəşər Əsəd bölgədəki müqavimət məsələsinə toxunaraq deyib ki, 50 ildən artıq müddətdə regionda müqavimət xətti irəliləyərək indi dini-siyasi mövqeyə çevrildiyini qeyd edib.