İran və Türkiyə İsrail rejiminin Qəzzədə törətdiyi cinayətləri müzakirə etdi
İranın xarici işlər naziri Türkiyəli həmkarı ilə Fələstindəki son hadisələri və sionistlərin Qəzzədə törətdikləri cinayətləri müzakirə edib.
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığında Rəfəhə hücumun, bölgədəki keçidlərin bağlanmasının, Qəzzə əhalisinə humanitar yardım aparan yük maşınlarının hərəkətinin qarşısının alınmasını qəddar və qaniçən İsrail rejiminin cinayətlərinin növbəti cinayətlərindən olduğuna diqqət çəkərək Fələstindəki son hadisələrdə sionistlərin Qəzzədə qadınlara, uşaqlara və günahsız insanlara qarşı cinayətlərinin hələ də davam etdiyini bildirib.
"İslam ölkələrinin əməkdaşlığı və qarşılıqlı əlaqəsi Qəzzənin məzlum xalqına dəstək üçün mühüm və təsirli bir potensial yaradır və İslam ölkələri Fələstin xalqına dəstək üçün heç bir fürsət və imkanlarını əsirgəməməlidir"-Baqiri Kəni əlavə edib.
İranın diplomatik xidmətinin rəhbəri həmçinin inkişaf etməkdə olan İslam Ölkələri Səkkizlik Qrupunun (D8) xarici işlər nazirlərinin İstanbulda gözlənilən toplantısına işarə edərək, İran və Türkiyənin iclasın gedişatında qarşılıqlı maraq doğuran məsələlər ətrafında da müzakirələrin aparacağını qeyd edib.
Baqiri Kəni telefon söhbətində Türkiyənin yüksək səviyyəli rəsmilərinin rəğbət və başsağlığı mesajlarını, xüsusən də bu ölkədə matəm elan edilməsini, eləcə də Türkiyənin vitse-prezidenti və xarici işlər nazirinin İranın dövlət şəhidlərinin yas mərasimində iştirakını yüksək qiymətləndirib.
Telefon danışığında Türkiyənin xarici işlər naziri Hakan Fidan da İran prezidenti və xarici işlər nazirinin helikopter qəzasında şəhid olması ilə bağlı bir daha başsağlığı vermiş və Fələstin məsələsində İslam ölkələri arasında koordinasiyanın vacibliyini vurğulayaraq İran İslam Respublikasının İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasının keçirilməsi təklifinin çox əhəmiyyət daşıdığını bildirib.
" Qəzzədə sionistlərin bəşəriyyət əleyhinə apardığı cinayətləri və soyqırımların davam etməsinin qarşısını almaq üçün bütün imkanlardan istifadə edilməlidir"-Hakan Fidan əlavə edib.