İyun 03, 2024 12:43 Asia/Baku
  • 35 ildən sonra Ümmətin İmamı hələ də qəlblərdə yaşayır - AKTUAL

Bu gün iyunun 3-ü İran İslam Respublikasının banisi İmam Xomeyni (r.ə) həzrətlərinin mələkuti irtihalının 35-ci ildönümüdür.

İmam Xomeyni 1902-ci il, sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. Uşaq yaşlarından dini təhsil almış, ərəb dili, məntiq, fiqh, üsul və s. elmlərə yiyələnmişdir. Qum Elm Hövzəsində müstəsna müvəffəqiyyət qazanan İmam Xomeyni gənc yaşlarında müctəhidlik dərəcəsinə çatmışdır. İmam Xomeyni diktator Pəhləvi sülaləsinə qarşı mübarizəsinə görə sürgün həyatı yaşamışdır. 1965-ci ildə Türkiyəyə, bir müddət sonra İraqa sürgün edilmişdir. İmam Xomeyninin rəhbərliyi ilə İran İslam İnqilabı 1979-cu ildə qələbə çalır və ABŞ, onun timsalında dünya imperializmi regiondakı jandarmını itirməklə böyük zərbə alır.

Monarxiyanın dağılması və 57 illik məzlum Pəhləvi rejiminin sonu ilə İmam Xomeyni (rə) xalqın həlledici səsləri əsasında İran İslam Respublikasını qurdu. İmam Xomeyni 11 fevral 1979-cu ildən 3 iyun 1989-cu ilə qədər inqilaba rəhbərlik etmişdir. O, təhlükəli hadisələrdə, Səddam rejiminin başlatdığı 8 illik müharibədə və sanksiyalarla mübarizə yolunda İslam İnqilabını və ölkəni məharətlə idarə etmişdir.

İmam Xomeyni 1989-cu il, iyun ayının 3-də Tehran şəhərində vəfat edir. Pak qəbri Tehran civarında Behişti-Zəhra şəhidlər xiyabanı ilə yanaşıdır.

İmamın vəfat xəbəri yayıldığı zaman sanki böyük zəlzələ baş verir. İran və dünyanın hər bir yerində İmam Xomeyninin adı və müraciəti ilə tanış olanlar hüznə qərq olurlar.

O günlərdə insanların idarə olunmaz hisslərini və hadisənin cəhətlərini bəyan və vəsf etmək çətindir. İmam Xomeyninin Tehran şəhərindəki dəfn mərasimində 10 milyon insan iştirak edir. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub.

Qeyd etmək lazımdır ki, İmam Xomeyni İran daxilində 2500 illik şahlıq rejimini devirmək və ölkədə dini demokratiyanı bərqərar etməklə yanaşı, xaricdə də hegemonluğa qarşı yeni və barışmaz cəbhə yarada bildi.