Ali Məqamlı Rəhbər: İmam Xomeyninin (r.ə) Fələstinlə bağlı verdiyi proqnozlar yerinə yetmək üzrədir
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) vəfatının 35-ci ildönümü münasibətilə etdiyi çıxışında buyurub: "İmam Xomeyninin (r.ə) Fələstinlə bağlı verdiyi proqnozlar yerinə yetmək üzrədir".
Həzrət Ayətullahül-üzma Xamenei İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) vəfatının 35-ci ildönümü münasibətilə keçirilən mərasimdə buyurub: "Bu gün mən İmam Xomeyninin (r.ə) nöqteyi-nəzərindən keçən iyun ayı ilə bu gün arasındakı fasilədə yaşanan iki mühüm məsələ haqqında söhbət etmək istəyirəm. Biri Fələstin məsələsidir ki, bu gün dünyanın bir nömrəli məsələsidir və nəhəng bir xalq hücumu ilə başladı və onun nəticələri bu günə qədər dünyanın diqqətini özünə çəkib və onu dünyanın birinci məsələsinə çevirib".
O Həzrət sözünü davamında deyib: "Digər məsələ də əziz və sevimli prezidentimizin itkisinin acı hadisəsidir ki, o da böyük hadisədir, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə nəticələri var... Prezidentimizin və onun yoldaşlarının şəhid olması İslam İnqilabı tarixində ən mühüm məsələlərdən biri hesab olunur. Sonra mən prezident seçkiləri məsələsi və bununla bağlı bizim məsuliyyətimiz olan milli və ictimai vəzifə haqqında bir neçə kəlmə danışacağam".
İslam İnqilabının Ali Məqanlı Rəhbəri Fələstin torpaqlarında baş verən hadisələrə toxunaraq, buyurdular: "İmam Xomeyninin (r.ə) Fələstinin gələcəyi ilə bağlı verdiyi proqnozlar bu gün reallaşmaq üzrədir və Əl-Əqsa Tufanı əməliyyatı bölgə xalqları üçün təcili ehtiyac idi və doğru zamanda baş verdi".
"Bu əməliyyat sionist rejimə qarşı dağıdıcı bir zərbə idi ki, ondan sağalmayacaq. Əl-Əqsa Tufanı əməliyyatı sionist rejimi məhvi ilə sona çatacaq bir yola saldı. Qərbli analitiklər sionist rejimin Əl-Əqsa Tufanı əməliyyatında müqavimət qrupları tərəfindən ağır məğlubiyyətə uğradığına inanırlar", - deyə O, Həzrət əlavə ediblər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bəyanatlarının başqa bir hissəsində İranın mərhum prezidenti cənab İbrahim Rəisi və onun yoldaşlarının ölkənin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində şəhid olmaları hadisəsinə toxunublar və şəhid prezidentin ölkə məsələlərini izləməkdə və İran xalqına xidmətdə göstərdiyi səyləri yüksək qiymətləndirib və vurğulayıblar ki, cənab Rəisi və Əmir Abdullahian xalqa xidmət yolunda şəhid oldular və xidmət şəhidləri sayılırlar.
O Həzrət, həmçinin İran xalqının prezident Rəisi və xarici işlər naziri Əmir Abdullahianın vida mərasimlərində epik iştirakını yüksək qiymətləndirərək, buyurublar: “Xalqın şəhidlərin vida mərasimlərində iştirakı İran xalqının motivasiyalı, heç vaxt yorulmayan və öz rəsmilərinə emosional olaraq, bağlı olduğunu göstərdi və İran xalqının bu toplantıları regionun tənliklərinə təsir edəcək".
İnqilabın Rəhbəri vida mərasimində bu geniş iştirakın İran xalqının İslam İnqilabı prinsiplərindən, inqilabi şüarlardan və ölkənin ali hakimiyyət orqanlarından uzaqlaşması ilə bağlı düşmənlərin iddialarının yalan olduğunu sübut etdiyini vurğulayıblar və əlavə ediblər: “Respublika prezidentinin itirilməsinə baxmayaraq, ölkə öz təhlükəsizliyini və əmin-amanlığını tam qoruya bildi".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri çıxışının son hissəsində qarşıdan gələn prezident seçkilərinə işarə edərək, İran xalqını bu seçkiləri mümkün qədər möhtəşəm keçirməyə çağırıblar və deyiblər: "Bizim qarşımızda olan seçkilər nailiyyətlərlə dolu bir fenomendir, əgər inşallah bu seçkilər yaxşı və gözəl şəkildə keçirilərsə, bu, İran xalqı üçün böyük nailiyyət olacaq, çünki əgər bu faciəvi hadisədən sonra insanlar bir araya gələrək, yüksək səslə növbəti prezidenti seçərlərsə, bunun dünyada çox gözəl təsiri olacaq, ona görə də, bu seçkilər çox əhəmiyyətlidir və şəhidlərin dəfn mərasimi dastanının davamıdır".
Zati-aliləri daha sonra buyurublar: "İran xalqının mürəkkəb beynəlxalq tənliklərdə öz maraqlarını qoruya bilməsi, strateji dərinliyini sabitləşdirə bilməsi, həmçinin iqtisadi boşluqları doldura bilməsi üçün bizə fəal, bilikli, İslam İnqilabının prinsiplərə inanan prezident lazımdır".
Həzrət Ayətullahül-üzma Xamenei vurğulayıblar ki, seçki səhnəsi kürsü və güc qazanmaq üçün deyil, xalqa xidmət etmək üçün rəqabət səhnəsi olmalıdır.
O, Həzrət çıxışını "İran xalqının özünə və ölkəsinə uyğun olan ən yaxşı namizədi seçəcəyinə" ümid edərək, yekunlaşdırıb.