İran prezident seçkilərinə namizədlərin qeydiyyatı başa çatıb
İranda 14-cü prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyata alınmasının beşinci və sonuncu günü bazar ertəsi səhər yerli vaxtla səhər saat 8:00-da başlayıb və saat 18-00-da başa çatıb.
İranda iyunun 28-də keçirilməsi planlaşdırılan növbədənkənar seçki yarışına onlarla yeni namizəd qoşulub.
Keçmiş vitse-prezident, millət vəkilləri son gün prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçiblər.
Seçki qərargahının sözçüsü Məhəmməd Eslami bazar ertəsi günortadan sonra deyib: "Bu gün ən sıx qeydiyyat gününü yaşadıq, 86 nəfər ölkənin seçki qərargahına müraciət edib, onlardan 22 nəfəri qeydiyyatdan keçib".
"Bunlardan 1 nəfəri qadın, 21 nəfəri isə kişidir", deyə o, əlavə edib.
İranın sabiq prezident Həsən Ruhani dövründə vitse-prezidenti İshaq Cahangiri səsvermə üçün qeydiyyatdan keçib.
Bazar ertəsi qeydiyyatdan keçən digər görkəmli şəxslər arasında İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş da var.
Qeydiyyat prosesindən sonra Nigəhban Şurası 7 gün müddətinə qeydiyyatdan keçən namizədləri nəzərdən keçirəcək. Daha sonra təsdiq edilmiş namizədlərə iyunun 28-də keçiriləcək prezident seçkilərinə qədər təşviqat kampaniyası üçün 14 gün vaxt veriləcək.