Aliməqamlı Rəhbər fələstinli mübarizlərin əməliyyatını alqışlayır
Əl-Əqsa Tufanı niyə lazım idi? - TƏHLİL
İslam İnqilabının Aliməqamlı Rəhbəri İmam Xomeyninin (r.ə) vəfatının ildönümü münasibətilə etdiyi çıxışda Əl-Əqsa Tufanı əməliyyatının region xalqları üçün vacib bir təşəbbüs olduğunu bəyan etmişdir.
İnqilab Rəhbəri öz çıxışında bildirib: “Əl-Əqsa Tufanı əməliyyatı məhz bölgənin ehtiyac duyduğu şey idi”.
Həzrət Ayətullahül-üzma Xamenei öz fikirlərini izah edərkən deyib: “Sionisr rejimin Qərbi Asiyaya istilasını təmin etmək üçün ABŞ, sionist ünsürlər və onların ardıcılları, habelə bəzi region dövlətləri tərəfindən əhatəli xəritə hazırlanmışdı və onlar regiondakı münasibətləri və tənlikləri dəyişməyi qarşıya məqsəd qoymuşdular”- sitatın sonu.
Bu kontekstdə sionist rejim ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasının yaxın olduğunu qeyd etmək olar. Əl-Əqsa Tufanı, Ali Rəhbərin ifadəsi ilə desək, “kritik anda bu planı ləğv etdi... Və onların bu planı canlandıra biləcəklərinə çox ümid yoxdur”.
İkinci məqam isə bu idi ki, Əl-Əqsa Tufanı nəinki sionist rejimin Qərbi Asiya bölgəsi üzərində nəzarətini ləğv etdi, həm də bu regionun taleyini əsaslı şəkildə dəyişdi. Belə ki, bu əməliyyat və Qəzzə zolağına qarşı 8 aylıq müharibə xunta rejiminin daxili zəifliklərini üzə çıxarmaqla yanaşı həm də göstərdi ki, bu rejim heç də Qərbi Asiyada unikal hərbi və kəşfiyyat gücünə malik deyilmiş.
Bu səbəbdən Aliməqamlı Rəhbərin qənaətincə Əl-Əqsa Tufanı sionist rejimə həlledici zərbə oldu və Amerikanın böyük səylə qurduğu planını məhv etdi.
Üçüncü məqama gəldikdə, Əl-Əqsa Tufanı əməliyyatının ən mühüm nəticələrindən biri Fələstin məsələsinin dünyanın birinci məsələsinə çevrilməsidir. İnqilab Rəhbərinin sözləri ilə desək, "Bu gün Fələstin məsələsi dünyanın ilk məsələsidir. İnsanlar London küçələrində, Paris meydanlarında, Amerika universitetlərində Fələstin xalqının lehinə şüarlar səsləndirirlər.
Beləliklə də Aliməqamlı Rəhbərin fikrincə, “sionist rejim dünya xalqlarının gözü qarşısında tədricən əriyir, sona çatır”.