İyun 09, 2024 15:54 Asia/Baku
  • 5 seçki debatı yayımlanacaq

İran İslam Respublikasının Teleradio Təşkilatı rəhbərinin 14-cü prezident seçkilərində milli medianın rolu və funksiyasına həsr olunmuş mətbuat konfransı keçirilib.

İran İslam Respublikasının Teleradio Təşkilatının sədri Peyman Cebelli brifinq zamanı deyib: "Biz yanvar ayından bəri son bir neçə ayda bir neçə böyük sınağı arxada qoymuşuq. Onun üçün 200 seçki kanalı işə saldığımız İslam Şurası Məclisinin seçkiləri öz növündə bənzərsiz idi. Davamında Əl-Əqsa Tufanı əməliyyatı, Doğru Vəd əməliyyatı və sonda prezident Rəisinin şəhadəti böyük sınaqlar idi ki, milli media arxada qoydu".

Peyman Cəbali əlavə edib: 5 seçki debatı efirə veriləcək və bizim proqnozumuz hər bir veriliş üçün təxminən 3-4 saatdır ki, bu verilişdə namizədlər 7-ci inkişaf proqramı əsasında öz yanaşmalarını və proqramlarını təqdim edəcəklər.

Milli medianın rəhbəri, həmçinin deyib: "Dəyirmi masalar milli medianın başqa bir seçki proqramıdır və namizədlərin iştirakı ilə üç ixtisaslaşdırılmış dəyirmi masa keçiriləcək".