İyun 09, 2024 18:33 Asia/Baku
  • “Bir çox ölkələr İrandan PUA almaq istəyir”

İran Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı PUA istehsalı sahəsində İranın böyük uğurlara imza atdığını vurğulayıb.

Briqada generalı Həmid Vahidi Şəhid Yasini Hava bazasında etdiyi çıxışında bəyan edib ki, bu qüvvə digər silahlı qüvvələrlə birlikdə müxtəlif mənzillərə malik müxtəlif pilotsuz təyyarələr istehsal edə bilib və bir çox ölkələr İran istehsalı olan pilotsuz təyyarələri almaq arzusundadır.

General qeyd edib: “İslami İran pilotsuz təyyarələr sahəsində ilk yerlərdən birini tutur və ordunun hava qüvvələri digər silahlı qüvvələrlə birlikdə müxtəlif uçuş məsafələrinə malik uçuş aparatlarının istehsalında böyük uğurlar qazanmışdır”.