Tehran və Pekin arasında əlaqələr BRICS və ŞƏT çərçivəsində genişləndirilir
İran və Çinin BRICS xarici işlər nazirlərinin Rusiyada keçirilən iclasındakı nümayəndə heyətləri görüş keçiriblər və ikitərəfli , regional və beynəlxalq məsələləri , eləcə də Tehran-Pekin münasibətlərinin inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni BRICS iclasından əvvəl Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb və fikir mübadiləsi aparıb.
Bu görüşdə iki tərəf siyasi, iqtisadi, ticari, regional və beynəlxalq məsələləri və Tehran və Pekin arasındakı münasibətlərin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilməsi yolları müzakirə olunan əsasə mövzulardan olub.
Çinin xarici işlər naziri Vanq Yi Əli Baqiri Kəni ilə görüşdə Çinin İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə sadiqliyini vurğulayıb.
BRICS-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclası bu gün bazar ertəsi Rusiyanın Nijni Novqorod şəhərində İranın şəhid prezidenti Seyid İbrahim Rəisi və şəhid xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bu, İran İslam Respublikasının bu qrupa üzv olmasından sonra BRICS xarici işlər nazirlərinin ilk görüşüdür.