Seçkilərin ikinci turunda ilk teledebat - Bu axşam
Bu gün İranda prezident seçkilərinin ikinci turunda namizədlərin ilk debatı baş tutacaq.
İkinci tura qalan iki namizəd Məsud Pezeşkian və Səid Cəlili arasında bu gecə keçiriləcək teledebat mədəni və siyasi mövzuları əhadə edərək iki saat davam edəcək və İranın “Birinci kanalı”, “Səlamət Tv” və “Came-cəm 1,2,3” telekanallarından yerli vaxtla saat 21.30 -dan 23.30-dək yayımlanacaq.
Teleradio təşkilatının seçkilər qərargahının katibi ikinci turda namizədlərin debatlarının daha ciddi keçiriləcəyini bildirib. Xalqın daha dəqiq müqayisə aparması üçün debatda net suallar veriləcək və namizədlər qısa zamanda cavab verməli olacaqlar. Sual-Cavab hissəsi 90 dəqiqə çəkəcək və namizədlərə 10 sual veriləcək.
İyunun 28-də İranda prezident seçkisi keçirilib. Məsud Pezeşkian səslərin 43 faizini, Səid Cəlili 38 faizini toplayaraq ikinci tura keçib. İkinci tur iyulun 5-də keçiriləcək.