Xalq prezident seçkilərinin ikinci turunda aktiv seçki fəallığı nümayiş etdirir
İran prezident seçkilərinin ikinci turunda istər ölkə daxilində və istərsə də ölkədən xaricdə vətəndaşlar yüksək seçki fəallığı ilə seçilir.
İranda 14-cü prezident seçkilərinin ikinci mərhələsinə bu gün səhər saatlarında eyni vaxtda İranda və həmçinin ölkə hüdudlarından kənarda fəaliyyət edən nümayəndəliklərində start verilib. Ölkə konistitutsyasına görə bu mərhələdə daha çox səs toplayan istənilən namizəd seçkidə qalib gələcək.
Seçicilər bu turda prezidentliyə namizəd Məsud Pezeşkian və Səid Cəlili arasında seçim etməli olacaqlar.
Qeyd edək ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrıt Ayətullahul-Uzma Xamenei bu gün səhər prezident seçkilərinin ikinci turunun ilk dəqiqələrində həmişə olduğu kimi İmam Xomeyni (r.ə) Hüseyniyyəsində yerli və xarici jurnalistlərin müşayətində səs verib.
Ali Rəhbərdən sonra parlament spikeri Məhəmməd Baqir Qalibaf, İran Ədliyyə sisteminin sədri Qulamhüseyn Möhsüni Ejeyi, İran prezidenti vəzifəsinin icraçısı Məhəmməd Müxbir və eləcə də ölkənin digər siyasi və hərbi rəsmiləri də səs veriblər.
İranın müxtəlif bölgələrindən alınan xəbərlərə görə, əhali səhər saatlarından seçkilərə gedərək növbələrdə gözləyiblər.
Xaricdə yaşayan iranlılar da Fransa, Türkiyə, Rusiya, Yeni Zelandiya, Tanzaniya, İraq və Belarus kimi dünyanın 95 ölkəsində keçirilən səsvermədə iştirak edərək İran prezidenti namizədləri arasında seçim edəcəklər.
Qeyd edək ki, ötən cümə günü 14-cü prezident seçkiləri yəni, 28 iyun Məsud Pezeşkian, Səid Cəlili, Məhəmməd Baqir Qalibaf və Mustafa Purməhəmmədi arasında keçirildi.
Seçkilərdə iştirak üçün 18 yaşdan yuxarı 61 milyon 500 minə yaxın vətəndaş səsvermə hüququna malikdir.