Sepahın baş komandanı Pezeşkiyanı təbrik etdi
Səlami: Yeni hökumətlə qarşılıqlı əlaqə və əməkdaşlıq davam edəcək
İslam İnqilabı Keşikçiləri Korpusu – Sepahın baş komandanı, general-leytenant Hüseyn Səlami İranda keçirilən prezident seçkilərində qələbəsi münasibətilə Məsud Pezeşkiyanı təbrik edərək, onunla qarşılıqlı əlaqə və əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Bu məlumata əsasən, general Səlami yeni seçilmiş prezidentə ünvanladığı məktubunda qeyd edib ki, İslam Respublikası öz düşmənlərinə qarşı iqtisadi mübarizədə milli resursların, imkanların və təcrübənin tam səfərbər olunması ilə qalib gələcək.
General əlavə edib ki, ölkənin qlobal siyasi arenada irəliləyişi daxili gücə və İran xalqının hüquqlarını qorumaq üçün İslam Respublikasının nüfuzunu qoruyan strategiyaya arxalanmaqla gözlənilir.