İran parlament spikeri Məsud Pezeşkianın görüşünə gedib
İyul 07, 2024 21:54 Asia/Baku
İran İslam Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu gün axşam Məsud Pezeşkianın ofisinə gedərək seçilmiş prezidenti 14-cü prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Bu görüşdə Qalibaf parlamentin hökumətə dəstəyini diqqətə çəkərək, ölkənin tərəqqisi və xalqın rifahı istiqamətində yeni hökumətə effektiv nəzarət və eyni zamanda sıx həmkarlığı parlamentin əsas vəzifələrindən biri olduğunu vurğulayıb. Cənab Pezeşkian bu görüşdə xalqın 14-cü prezident seçkilərində böyük həvəslə iştirakını yüksək qiymətləndirərək, şəhid prezidentin xatirəsini əziz tutmuş, xalqın problemlərinin həllində və ölkənin tərəqqisində bütün qurumların daha yaxından həmkarlığı və sinerjisinin həlledici olacağını təkid etmişdir