İyul 08, 2024 20:27 Asia/Baku
  • Bu gün Məhərrəm ayının üçüdür

Bu gün 1446-cı hicri qəməri ili Məhərrəm ayının üçüdür. Bu gündə tarixdə Aşura faciəsinə gətirib çıxaran bir sıra hadisələr baş verib.

artıq üç gündür İran da daxil olmaqla regionun və dünyanın bir sıra ölkələrində Məhərrəm ayı və Aşura faciəsi ilə bağlı əzadarlıqlar keçirilir.

Son iki gündə İranın əksər məscidləri, hüseyniyyələri və dini məkanları təziyə və əzadarlıq məclislərinin şahididir.

Məhərrəm ayının üçüncü gününün tarixi hadisələrinə gəldikdə isə demək lazımdır ki, Məhərrəm ayının ikisində imam Hüseyn (ə) Kərbəla çölünə çatdı. İmam Hüseynin (ə) Kərbəlaya girişindən bir gün sonra yəni məhərrəm ayının üçü Yezid ibni Müaviyənin İraq valisi Übeydullah ibni Ziyadın sərkərdələrindən biri olan Ömər Səd kufəlilərdən ibarət beş min nəfərlik qoşunla Kərbəlaya daxil oldu və Məhz bu gündən sonra İmam Hüseynin  karvanına qarşı hərbi addımlar atılmağa başladı.

Bəziləri deyir ki, Ömər Sə`din qəbiləsi olan Bəni Zöhrə qəbiləsi onun yanına gələrək dedilər: Səni Allaha and veririk bu işdən vaz keç və Hüseyn (ə) ilə döyüşmə. Çünki bu bizimlə Bəni Haşimin arasında düşmənçilik yaradacaq.

Bundan sonra Ömər Sə`d Übeydullahın yanına gedərək, istefa verir, Amma Übeydullah onun istefasını qəbul etmir və o təslim olaraq İmam  Hüseyn (ə) ilə döyüşməyə razılaşır.

Məhərrəm ayının üçüncü günündə baş verən mühüm hadisələrdən biri də budur ki, İmam Hüseyn (ə), hal-hazırda müqəddəs məzarı olan ərazi də daxil olmaqla Kərbəla torpağının bir hissəsini Neynəva və Qaziriyyə əhalisindən altmış min dirhəmə satın alaraq onlarla şərt kəsir ki, camaata onun qəbrini ziyarət etmək üçün yol göstərib, onun zəvvarlarını üç gün evlərində qonaq etsinlər.

Teqlər