Pezeşkian: İran və Şri-Lanka arasında əməkdaşlıqlar güclü şəkildə davam edəcək
İranın yeni seçilmiş prezidenti Şri-Lanka prezidenti ilə telefon danışığında İranın şəhid prezidentinin Şri-Lankaya səfəri zamanı əldə edilmiş çox dəyərli razılaşmalara toxunaraq, İran İslam Respublikasının yeni hökumətinin iki ölkə arasındakı bu razılaşmaların tam şəkildə həyata keçirilməsi istiqamətində səy göstərəcəyini vurğulayıb.
Şri-Lanka prezidenti Ranil Vikremesinqe çərşənbə axşamı İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə telefon danışığında onu İranda keçirilən prezident seçkilərində qələbəsi və İran xalqının etimadını qazanması münasibətilə təbrik edib.
Şri-Lanka Prezidenti mərhum prezident Seyid İbrahim Rəisi və xarici işlər naziri Əmir Abdullahianın xatirəsini ehtiramla yad edərək, deyib: “Prezident Rəisinin itkisi Şri-Lanka xalqı üçün çox kədərli və təəssüfləndirici idi və ümid edirik ki, zati-alinizlə mərhum prezidentin hökuməti ilə təyin etdiyimiz məqsədlərə nail ola bilərik".
Məsud Pezeşkian da bu telefon danışığında Şri-Lanka prezidentinə zənginə və təbrik mesajına görə minnətdarlığını bildirib, həmçinin İran prezidenti və xarici işlər nazirinin şəhid olmasından sonra bu ölkə hökuməti və xalqının həmrəylik və təsəlli mesajlarına görə təşəkkür edib.
Pezaşkian deyib: "İran və Şri-Lanka ikitərəfli əməkdaşlıqda, o cümlədən Umaya bəndinin və elektrik stansiyasının nəhəng çoxməqsədli layihəsinin tikintisində texniki-mühəndislik xidmətlərinin mübadiləsində çox uğurlu və dəyərli təcrübəyə malikdir. Ümid edirik ki, yeni hökumətdə bu əməkdaşlıqların gücləndirilməsi istiqamətində addımlar ata bilərik".
ReplyForward
Add reaction