İyul 22, 2024 14:42 Asia/Baku
  • Pezeşkiyanın İnqilab Rəhbəri ilə görüşünə ilk reaksiyası

Pezeşkiyan İnqilab Rəhbərinə azərbaycan dilində müraciət edib: YAŞAYASIZ!

İranın seçilmiş prezidenti İslam İnqilabının Ali Rəhbərilə görüşündən sonra “X” sosial şəbəkəsində bir tvitt yayıb.

İranın seçilmiş prezidenti Məsud Pezeşkiyan İslam İnqilabının Ali Rəhbərilə bugünkü görüşündən sonra “X” sosial şəbəkəsində yerləşdirdiyi tvitt-də o həzrətə səmimi qəlbdən minnətdarlıq ifadə edib.

Pezeşkiyan öz tvittində belə yazıb:

Zati-Alilərinin lütfkarlığına görə, səmimi qəlbdən təşəkkür edirəm!

Hazırda xalqın inamı və Sizin İran dövlətinə verdiyiniz dəstək, qarşıdan gələn uğurlara nail olmaq istiqamətində bizim hamımız üçün ən böyük sərmayədir. Biz ürəklə və canfəşanlıqla İranın uğurlar qazanması yolunda ciddi-cəhd göstərəcəyik.

İran üçün “Vahid Səs!”- deyə, İranın seçilmiş prezidenti öz tvittində vurğulayıb.

 Məsud Pezeşkiyan “X” sosial şəbəkəsində yaydığı tvittinin sonunda dünya müsəlmanlarının Vəliyyi-Əmri və İslam İnqilabının Ali Rəhbərinə azərbaycan dilində, bəli, məhz azərbaycan dilində öz ürək sözü və arzusunu ifadə edib:/ YAŞAYASIZ!/

 

Teqlər