İranın yeni prezidentinin andiçmə mərasimində 60 ölkənin nümayəndəliyi iştirak edəcək
İyul 24, 2024 19:54 Asia/Baku
İran İslam Şurası Məclisinin Rəyasət Heyətinin üzvü 60 ölkənin yüksək səviyyəli rəsmilərinin İranın 14-cü prezidentinin andiçmə mərasimində iştirakı üçün ölkəyə gələcəyini elan edib.
Prezidentin andiçmə mərasimi haqda açıqlama verən Parlamentin Rəyasət Heyətinin üzvü Müctəba Yusifi bildirib ki, 60 ölkənin nümyəndəsi İran prezidentin andiçmə mərasimində iştirak edəcəklərini elan ediblər. İndiyədək bu mərasimdə 4 prezident, 12 parlament sədri və 7 baş nazirin iştirakı təsdiqlənib.
Andiçmə mərasimi çərşənbə axşamı, iyulun 30-u Tehran vaxtı ilə saat 16:00-da ölkənin rəsmi siyasi və hərbi şəxsləri və xarici qonaqların iştirakı ilə İran parlamentinin ictimai zalında keçiriləcək.