İyul 29, 2024 20:10 Asia/Baku
  • Sabah Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək

Sabah, çərşənbə axşamı 30 iyul saat 16:00-da İslam Şurasında İranın 9-cu prezidenti doktor Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək.

 İslam Şurası və Xarici İşlər Nazirliyinin birgə funksional komitəsi müxtəlif ölkələrin prezidentləri, parlament rəhbərləri, xarici işlər nazirləri və digər rəsmi şəxslərin dəvət olunmasına cavabdeh olcaqdır.

İslam Şurasının vitse-prezidenti Əlirza Şərifin sözlərinə görə, prezidentin andiçmə mərasimində 70-dən çox xarici nümayəndə heyətinin və 600 yerli və xarici jurnalistin iştirakı təsdiqlənib.

İran prezident seçkilərinin müxtəlif dövrlərinin adətinə və ölkədə demokratiyanın və hakimiyyətin suveren və dinc yolla dəyişilməsinin simvolu olan andiçmə mərasiminin hüquqi əhəmiyyəti baxımından bu mərasim xarici və yerli qonaqların iştirakı ilə keçiriləcək.

Məlumata görə müxtəlif ölkələrdən olan xarici nümayəndə heyətləri və qonaqlar dünən axşam Tehranın İmam Xomeyni hava limanına gəliblər.

Qeyd edək ki, konstitusiyanın 121-ci maddəsinə əsasən, prezidentin andiçmə mərasimi parlamentin açıq iclasında ədliyyə hakimiyyətinin rəhbəri və Ali Nəzarət Şurası üzvlərinin iştirakı ilə keçirilməlidir.

Bu mərasimində prezident and içərək üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi üçün bütün güc və səriştəsini sərf edəcək və sonda andı imzalayacaqdır.

Andiçmə mərasimində İran İslam Respublikasının himni səsləndirildikdən sonra Mübarək Nəhəl surəsi 89-dan 91-ə qədər olan ayələr oxunacaq daha sonra Parlament sədri və Məhkəmə sədri çıxış edəcəklər.

Prezidentin andiçmə mərasimi, prezidentin bəyanatları və İslam Şurası sədrinin son çıxışı andiçmə mərasiminin yekunu olacaq.

 

Teqlər