Avq 08, 2024 14:07 Asia/Baku
  • Pezeşkian Paris Olimpiadasında medal qazanan idmançıları təbrik edib

İran İslam Respublikası prezidenti iranlı güləşçi Məhəmməd Hadi Sarəvini çempion olması və digər yunan-roma güləşçi Əmin Mirzəzadəni və iranlı qadın taekvondoçu Mobinə Nemətzadəni bürünc medal qazanmaları münasibətilə təbrik edib.

Prezident Pezeşkian X hesabında bürünc medal qazanan taekvondoçu Məbinə Nemətzadəyə etdiyi müraciətində yazıb: "Ölkəmin qadınları həyatımıza rəng qatırlar. Qızım Mobina Nemətzadə, mən səninlə və İranın bütün qadın və qızları ilə fəxr edirəm".

İran prezidenti həmçinin Paris Olimpiadasında İranın ilk qızıl medalını qazanan 97 kq çəki dərəcəsində güləşçi Məhəmməd Hadi Sarəviyə ünvanladığı müraciətdə yazıb: "Məhəmməd Hadi Sarəvi, sənin qızıl medalın ölkə xalqı üçün ümid rəngi daşıyır. Bu medalı qazanmağınız münasibətilə sizi və İran xalqını təbrik edirəm".

İran parlamenti İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf da X sosial mediada ayrı-ayrı yazılarda Paris Olimpiadasında medal qazanan iranlı idmançıları təsirli qələbələri münasibətilə təbrik edib. 

Teqlər