Avstriya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Avstriya Xarici İşlər Nazirliyinin İranın Vyanadakı səfirini çağırmasına cavab olaraq, Avstriyanın Tehrandakı səfiri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa bölməsinin baş direktoru Avstriyanın Tehrandakı səfiri Volf Ditrix Heymi Xarici İşlər Nazirliyinə çağıraraq, ona vurğulayıb ki, Hizbullah Livanın siyasi strukturunda fəal və effektiv şəkildə iştirak edən azadlıq və işğala qarşı müqavimət hərəkatıdır və bu ölkənin hökuməti və parlamentində rəsmi mövqeyə malikdir.
Qərbi Avropa üzrə baş direktor həmçinin Avstriya Xarici İşlər Nazirliyinin atdığı addıma İranın kəskin etirazını bildirib və qeyd edib ki: "Bu şübhəli hərəkət regionun reallıqlarına və iki ölkə arasındakı münasibətlərə ziddir".
Avstriya Xarici İşlər Nazirliyi çərşənbə axşamı İranın Vyanadakı səfiri Abbas Baqerpuru ötən bazar günü özünün X sosial media hesabında Hizbullahın İsrailə hava hücumlarını dəstəkləyən məzmun və Hizbullah bayrağının təsvirini dərc etdikdən sonra çağırıb.
Avstriya Xarici İşlər Nazirliyi İran səfirinin tvitində Hizbullah bayrağından istifadəni pisləyən bəyanat yayıb.
Avstruya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu ölkədə Hizbullahın simvollarının nümayişi qadağandır.