Avq 30, 2024 15:24 Asia/Baku
  • Pezeşkiyan:

"İran dünyada hər hansı təcavüzkarlığı pisləyir" Bunu, İran prezidenti söyləyib və belə qeyd edib: "Bizim siyasətimiz, sülh və dostluq; gərginlik və toqquşmadan çəkinmə; həmçinin bütün dünya ölkələrilə anlaşma və əlaqələrin genişləndirilməsidir"

   SəhərAzəri-nin məlumatına əsasən, Norveçin baş naziri Yonas Qar Störe-nin telefon əlaqəsinə cavab verən Məsud Pezeşkiyan iki ölkə əlaqələrinin tarixi keçmişinə işarə ilə deyib: İran İslam Respublikası Norveçlə anlaşmaları genişləndirməyə maraqlıdır. Ümid edirik ki, bu danışıqlar iki ölkə əlaqələrinin gücləndirilməsi və möhkəmləndirilməsi, həmçinin dünyada təhlükəsizliyin artırılması, sabitlik və sülhün bərqərarı üzrə birgə həll yollarına nailolma ilə nəticələnəcək.

  İran prezidenti sonra İranın regiondakı təhlükəsizlik yaradan roluna təkid edib və belə söyləyib: İran İslam Respublikası daim sülh və dostluğu genişləndirmək üzrə səy göstərməklə yanaşı, dünyanın hər bir nöqtəsində hər hansı təcavüzkarlığı pisləyib və dünyada əmin-amansızlıq, zorakılıq və müharibənin durdurulması üzrə əməkdaşlığa hazırdır.

  Söhbətinin digər bir hissəsində nüvə anlaşmasını pozduğuna görə Amerikanı tənqid edən və sözügedən analşmadakı öhdəliklərinə sadiq qalmayan Avropa ölkələrindən gileynələn Pezeşkiyan bildiribdir ki: İran İslam Respublikası nüvə anlaşmasındakı bütün öhdəliklərini yerinə yetirib, amma anlaşmanı pozmaq və ondan birtərəfli şəkildə çıxmaqla bizim ölkəmiz və xalqımıza qarşı təzyiq və sanksiyaları artıran, məhz Amerika oldu. Təəssüflər olsun ki, Avropa ölkələri də gözlənildiyinin əksinə olaraq, öz öhdəliklərinin hətta bir bəndini belə, yerinə yetirmədilər.

  Pezeşkiyan vurğulayıb: Əgər ölkəmiz sanksiya və təzyiqlə bir işi görməyə məcbur edilərsə, bizim yanaşma və rəftarımız da mütləq şəkildə/ başqa bir səmtə yönəldiləcək.

  İran prezidenti həmçinin insan hüquqları və demokratiya sahəsində Amerikanın və bəzi Qərb ölkələrinin ikili rəftarlarını tənqid edib. Bildirib ki: Amerikanın və bəzi Qərb ölkələrinin/ bir şəxsin pis rəftarına görə, başqa ölkələri insan hüquqlarını pozmaqda ittiham etmələrinin fonunda/ sionist rejim tərəfindən Qəzzədə xəstəxanalar, məktəblər və mülki bölgələrin bombardman edilmələri və sözügedən bölgədə on minlərlə günahsız qadın, uşaq, qoca və gəncin qanına qəltan edilməsi qarşısında nəinki sükut etmələri,/ həm də bu rejimi maliyyə və silah cəhətdən himayə etmələri,/ hansı meyar və məntiqə uyğun gəlir?

  Fələstin xalqını himayə istiqamətində Norveç hökumətinin mövqeyini yüksək qiymətləndirən Pezeşkiyan bu ölkənin baş nazirini sionist rejimin məzlum Qəzzə əhalisinə qarşı cinayətlərinin dərhal dayandırılması istiqamətində digər Avropa ölkəlrilə daha artıq anlaşma istiqamətində səy göstərməyə çağırıb.

  Norveçin baş naziri Yonas Qar Störe də bu telefon söhbətində İran-Norveç əlaqələrini dostcasına və tarixi adlandırıb. Qeyd edib ki: Norveç həmişə özünü İranın dostu hesab edib və İran xalqının daha çox rifahı və inkişafını istəyib və istəyəcəkdir də.

  Norveçin baş naziri həmçinin sionist rejimin Qəzzə əhalisinə qarşı hücumları xüsusiyyət təşkil etməklə/ çəkişmələrin artmasından nigarançılıq edib.

  Biz İsrailin Qəzzəyə qarşı müharibəsi və onun fəlakətli nəticələrini pisləmişik- deyən Störe, vurğulayıbdır ki: Norveç/ İrlandiya və İspaniya ilə yanaşı, Fələstin xalqının müstəqil ölkə təşkil etmək sahəsindəki haqqını rəsmən tanıyan ilk Avropa ölkələrindən olub. Ümid edirik ki, bu acı və təəssüfdoğuran hadisələr tez bir zamanda başa çatacaq.

Teqlər