Pezeşkiyan on dördüncü dövlətin biraylıq fəaliyyətini dəyərləndirib
İran prezidenti Məsud Pezeşkiyan dünən axşam xalq ilə ilk televiziya söhbətində on dördüncü dövlətin biraylıq fəaliyyətini dəyərləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, İran prezidenti xalq ilə ilk televiziya söhbətində vurğulayıb: Meydana gələcək razılaşma və qoyacağımız göstəricilərlə elə edəcəyik ki, nazirlərin müavinləri və sıra ilə- vilayətlərdə müdirlər partiya, qrup və cinah asılılığı əsasında deyil, ləyaqət əsasında təyin olunsunlar.
Ölkə prezidenti dövlətin inflyasiyanı aradan qaldırmaq üzrə proqramı barədə belə deyib: Dünən iqtisadiyyat naziri parlamentdə proqramları söylədi. Yeddinci proqram bir əsas olmalıdır və əgər düzəlişə ehtiyac duyarsa, həyata keçirilməlidir. Biz daxili ixtilafı,/ qonşular və dünya ilə problemləri həll etməliyik. Hər halda, iqtisadiyyat xarici problemlərlə əlaqəlidir.
İnflyasiyanı aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Amma bu hədəf dünya olayları və daxili məsələlərdən də asılıdır- Pezeşkiyan söyləyib.
Fərqli səliqələri bir-birilərinə yaxınlaşdırmalıyıq- deyən İran prezidenti bildiribdir ki: Qırxa yaxın ölkə ilə müzakirə etmişik və müqavilə bağlamaqdayıq.