Sen 11, 2024 18:07 Asia/Baku
  • Müəzzəm Rəhbər: “Bütün bunlar Seyyüdüş-Şühədanın (ə) eşqinə görədir”

Müəzzəm Rəhbər İraq xalqına və dövlətinə təşəkkür məktubu göndərib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahul-Uzma Xamenei İraq "Ərbəin" mərasimində ziyarətçilərə göstərdikləri xidmətlərə görə İraqın böyük xalqına mökəbçilərə təşəkkür məktubu göndərib.

İran prezidenti Məsud Pezeşkian İraqa səfəri zamanı İslam İnqilabının Ali Məqamlı Rəhbərinin təşəkkür məktubunun ərəbcə yazılmış lövhəsini İraqın baş naziri Məhəmməd Şia Əs-Soudaniyə təqdim edib. 

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahul-Uzma Xamenei bu təşəkkür lövhısində buyurublar: İlk sözümü təşəkkürlə başlayıram, bütün səmimi qəlbimlə böyük İran xalqı və öz adımdan təşəkkürümü çatdırıram. Bu təşəkkürümü həm "Ərbən" günlərində kəramətlə, rəhmətlə və məhəbətlə ən yüksək şəkildə xidmət göstəmiş mökəbçilərə və həm də bütün İraqın böyük xalqına eləcə də təhülkəsizliyi təmin edən, şəraiti yaradan İraq dövlətinin rəsmilərinə çatdırıram. Təşəkkürə layiq olanlar sırasında ziyarətdə xalqın müxtəlif təbəqələri və həmçinin iki xalqın arasında qardaşlıq abu-havasının hakim olmasında çalışmış İraqın böyük alimləri, ali mərcəi-təqlidlərininin xüsusi yeri var.

Müəzzəm Rəhbər daha sonra əlavə ediblər ki, siz əziz İraqlı qardaşların yol boyunca mökəblərdə və Hüseyn ziyarətçiləri arasında meharibanca rəftarlarınızın bu gün dünyada bənzəri yoxdur. Elə "Ərbəin" yürüşünün tarixdə bənzəri olmadığı kimi və günümüzdə təhlükələrlə dolu olan dünyada 10 milyonlarla insanın sağlığı və təhülkəsizliyinin qorunması böyük işdir və bu oxşarsızdır.

Həzrət Ayətullahul-Uzma Xamenei daha sonra xatırladıblar ki, siz İslamın kəramətini və ərəbin ucalığını öz rəftarlarınızda və əməllərinizdə göstərdiniz. Bütün bunlar Seyyüdüş-Şühədanın (ona salam olsun) eşqinə görədir. Hüseyn ibn Əlinin (ə) eşqi müstəsna olan bir eşqdir. Buna oxşarını heç bir yerdə, heç bir vaxt görməmişik və olmayıb da. Ümid edirik ki, Uca Allah bu eşiq sizin qəlbinizdə, bizim qəlbimizdə günü-gündən daha da artıracaq.

İnqilab Rəhbəri buyurublar ki, bu gün bu məhəbbətin cazibəsi elə bir həddə çatıb ki, Qəzzənin səs-küylü meydanından tutmuş bir çox qeyri-müsəlman cəmiyyətini öz ağuşuna alıb. Allaha həmd olsun.  

 

Teqlər