Pezeşkiyan elan etdiyi xarici siyasət kursunun icrasına başlayıb
14-cü hökumət qonşuluq siyasətini davam etdirir - TƏHLİL
İran Respublikasının prezidenti Məsud Pezeşkiyan bəyan edib ki, 14-cü hökumətin xarici siyasət sahəsində prioritetlərindən biri qonşuluq siyasətinin həyata keçirilməsidir.
İranda Şəhid Rəisinin başçılıq etdiyi 13-cü hökumət fəaliyyətə başladıqdan sonra qonşu dövlətlərlə və regionla əlaqələrin inkişafına diqqət yetirdi və bu istiqamət hökumətin ən mühüm xarici siyasət prioritetlərindən biri kimi seçildi.
Qonşuluq siyasəti İran İslam Respublikası ilə qonşu ölkələr və region arasında əlaqələrin inkişafına səbəb olaraq, Qərbin və sionistlərin iranofob strategiyası şəklində İran İslam Respublikasına qarşı təhdidləri də boşa çıxıb.
Ümumiyyətlə qonşuluq siyasəti qonşu ölkələrlə gərginliyin və mübahisələrin azalmasına səbəb olmuşdur.
Həmçinin, qonşuluq siyasəti praktikada İranı təcrid etmək strategiyasının Amerika və sionist rejim tərəfindən iflasa uğramasına səbəb olub. Qonşuluq siyasətinin istiqamətlərindən biri də İranın ötən illərdə üzv olmağa çalışdığı və mövqeyini yaxşılaşdıra biləcəyi razılaşmalarla bağlıdır.
Bu baxımdan İran İslam Respublikası Şanxay Paktı və BRİKS-in üzvü olub. Odur ki, Şəhid Rəisinin başçılıq etdiyi 13-cü hökumətin, həmçinin şəhid Hüseyn Əmir-Abdullahiyanın sədrliyi ilə 13-cü hökumətin Xarici İşlər Nazirliyinin uğurlarından biri kimi regional siyasəti qeyd etmək olar.
Hazırda isə İranın yeni prezidenti Məsud Pezeşkiyan bildirir ki, qarşılıqlı hörmətə əsaslanan əlaqələr xalqların rifahı naminə keçmişdən daha çox möhkəmlənəcək və inkişaf edəcəkdir.
Əhəmiyyətli məqam ondan ibarətdir ki, qonşu ölkələr də İran İslam Respublikasının əlaqələrin inkişaf etdirilməsi strategiyasını alqışlayıb və bu istiqamətdə əməli addımlar atıb, o cümlədən Bəhreynin İranla münasibətləri bərpa etmək səylərini, müxtəlif ölkələrin İranla münasibətləri inkişaf etdirmək səylərini, İranla iqtisadi mübadilələri genişləndirmələrini, xüsusilə də İran və Misir arasında diplomatik əlaqələrin normallaşması uğrunda konkret addımların atıldığını xatırlamaq lazımdır.