Sen 26, 2024 12:18 Asia/Baku
  • Gənclər fərmanınızı gözləyir; Müraciətimizlə razılaşın

Seyid Həsən Amili: Ərdəbil, Təbriz, Urmiyə, Zəncan və hətta Bakı gəncləri Livana getməyə hazırdırlar. Müraciətimizlə razılaşın Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullaha bir məktub unvanlayaraq, iranlı və hətta azərbaycanlı gənclərin könüllü şəkildə Livana gedib, sionist rejim ordusu ilə döyüşməyə hazır olsuqlarını bildirib və ondan bu müraciətlə razılaşmasını xahiş edib.

Vəliyyi-Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi bildirib ki, İranın müxtəlif şəhərlərindən və hətta Bakıdan çoxlu sayda əziz və qeyrətli gənclər mənə müraciət və ya zəng edərək, israrla qəddar İsrail ordusunun qurudan Livan ərazilərinə girəcəyi təqdirdə, ən tez bir zamanda Livana ezam olunmalarını xahiş edirlər. Mənin əzizim, hamı bilir ki, sizin əmrlərinizi gözləyən minlərlə suriyalı, iraqlı və yəmənli döyüşçü var, əgər siz İranın inqilabçı və bəsirətli könüllü gənclərinin xahişini qəbul etsəniz, bu say artacaq və mütləq iranlı gənclər düşmənin bütün hesablamalarını alt-üst edəcəklər. Mən bəşəriyyətin ən natəmiz, ən xəbis, ən murdar və ən üfunətli düşməni olan İsrailə qarşı döyüşdə şəhid olmaqdan yüksək heç bir xoşbəxtlik tanımıram. Qəzzə uşaqlarının və Livandakı peycer terroru şəhidlərinin parçalanmış cənazələrini görmək bizi taqətdən salıb.Ərdəbilin imam cüməsi Seyid Həsən Nəsrullaha məktubunun sonunda deyir: “Sizin nümunəvi qeyrət və şücaətinizi alqışlayır, bu ələvi qeyrət və şücaət qarşısında fəxrlə baş əyirik və zati-alinizin əmrlərini gözləyirik.

Teqlər