İraqçı:”İsrail Amerikaya arxalanaraq müharibə tələb edir”
“İsrail rejimi Birləşmiş Ştatlarının siyasi və hərbi dəstəyinə arxalanaraq müharibə tələb edir” Bunu İran XİN-nin rəhbəri Seyid Abbas İraqçı BMT-nin TŞ-nın fövqəladə iclasında çıxış edərkən deyib.
“Netanyahu və onun cinayətkar bandası törətdiyi ən dəhşətli cinayətlərə görə həbs edilməli və saxlanılmalı idi. Daha onun BMT-yə gəlməsinə icazə verilməməli idi ki, öz şərr əməlləri ilə də fəxr etmiş olsun”- deyə Abbas İraqçı əlavə edib.
İran xarici işlər naziri Seyid Abbas İraqçi ötən gün Təhlükəsizlik Şurasının iclasında Yaxın Şərq və Fələstindəki vəziyyətlə bağlı çıxışında elan edib ki, İsrail rejiminin Qəzzədə istifadə etdiyi silah və sursatların əsas hissəsini Amerika silahları təşkil edir. ABŞ İsrailin törətdiyi cinayətlərdə sıx şəkildə əlbirliyi edir.
“Dünya baş verənləri qəzəb və nifrətlə izlədiyi bir vaxtda ABŞ, İngiltərə, Kanada, Almaniya və bəziləri isə cinayətkarlara təsəlli verməklə məşğuldur. Siz həqiqətənmi iddia etdiyiniz insan haqlarına dünya ictimaiyyətinin inanacağını gözləyirsiniz?-İran diplomatik qurumun başçısı vurğulayıb.
İranın xarici işlər naziri daha sonra əlavə edib ki, Təhlükəsizlik Şurasına inam getdikcə daha da azalır. Çünki İsrail rejiminin əsas himayədarları nizamnamə üzrə götürdüyü öz öhdəliyini yerinə yetirmir.