Okt 02, 2024 20:43 Asia/Baku
  • İran prezidenti Qətərə gedib

İran İslam Respublikası prezidenti Məsud Pezeşkian Qətər əmiri ilə rəsmi ikitərəfli görüş və 19-cu Asiya Əməkdaşlıq Dialoq Forumunun 19-cu sammitində iştirak etmək üçün Qətərə səfər edib.

Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Saninin rəsmi dəvəti ilə həyata keçirilən iki günlük səfərində Pezeşkian İran və Qətərin yüksək səviyyəli nümayəndə heyətlərinin görüşündə və əməkdaşlıq sənədlərinin imzalanması mərasimində iştirak edəcək. 

Pezeşkian səfərin ikinci günündə o, Asiya Əməkdaşlıq Dialoq Forumunun 19-cu iclasında çıxış edəcək və tədbirdə iştirak edən ölkələrin bəzi rəhbərləri və rəsmiləri ilə görüşəcək.

Pezeşkian Qətərə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə verdiyi açıqlamada deyib: "Biz bu səfərdə iki məqsəd güdəcəyik; Birinci məqsəd Qətər hökuməti ilə qarşılıqlı əlaqələr, anlaşma və əməkdaşlıq haqqında dialoq olacaq. Asiya Əməkdaşlıq Forumunda, biz bölgədəki kritik vəziyyəti və İsrailin cinayətlərini və beynəlxalq qanunlara əməl etməməsini və günahsız insanları hədəf almasını müzakirə edəcəyik. Əgər sionist rejim öz cinayətlərini dayandırmasa, daha sərt reaksiyalarla üzləşəcək".

Teqlər