Sepah: General pasdar Nilfuruşanın cənazəsi aşkar edilib
İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr şöbəsi bir bildirişdə şəhid general pasdar Abbas Nilfuruşanın cənazəsinin Beyrutun Zahiyyə bölgəsində aşkar edildiyini bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun ictimai əlaqələr şöbəsinin bildirişinin mətni belədir:
Vahid və taysız pərvərdigarın dərgahına təşəkkür və şükretmə ilə/ İranın şərəfli və qəhrəman xalqının nəzərinə çatdırılır ki, yırtıcı və qaniçən sionist rejimin sentyabrın 27-də Beyrutun Zahiyyə bölgəsində törətdiyi cinayətin şəhidlərinin pak cənazələri üzrə axtarış qrupunun gecəli-gündüzlü ciddi-cəhdi və səyləri nəticəsində Livan Hizbullahının başıuca baş katibi, müqavimət seyidi- Seyid Həsən Nəsrullahla yanaşı şəhadətə çatmış İran İslam Respublikasının yüksək rütbəli hərbi məsləhətçisi general-mayor pasdar şəhid Abbas Nilfuruşanın cənazəsi aşkar edilib.
Müqavimət cəbhəsinin bu çox iftixarlı sərkərdəsinin şəhadəti münasibətilə şəhidin möhtərəm ailəsinə və onun şücaətli və rəşadətli silahdaşlarına yenidən təbrik deyib, başsağlığı verir və bildiririk ki, şəhid Nilfuruşanın cənazəsinin islami vətənə köçürülməsi, həmçinin müşayiət və dəfn tədbirlərinin zamanı barədə sonradan məlumat veriləcək.
Qeyd edək ki, bəzi sionist rejim mənbələri bildiriblər ki, Beyrutun Cənubi Zahiyyə bölgəsinə qarşı hücum eyni vaxtda səkkiz-on iki qırıcı tərəfindən həyata keçirilib və bu zaman ABŞ istehsalı olan iki min funtluq bunker əleyhinə bombalardan istifadə olunub.