Okt 23, 2024 18:15 Asia/Baku
  • İmam Xamenei: Sionist rejim müqaviməti məhv edə bilmədi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri sionist rejimin 50 mindən çox günahsız insanı qətlə yetirməsinə baxmayaraq, müqaviməti məhv etməkdə uğursuz qaldığını vurğulayaraq, ən böyük məğlubiyyəti Qərb mədəniyyəti, sivilizasiyası və siyasətçilərinin rüsvayçılığı hesab edib.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei çərşənbə günü Fars Vilayətinin 15 min Şəhidini anma üzrə Konqresin təşkilatçıları ilə görüşündə regionda baş verən hadisələrin və müqavimətin səbat və cihadının bölgənin taleyinin və tarixinin dəyişməsinə səbəb olduğunu bəyan edərək, buyurublar: "Müqavimət cəbhəsi ilə şər cəbhəsi arasında qarşıdurmada qəlbə müqavimətindir". 

İslam İnqilabının Ali Məqamlı Rəhbəri əlavə ediblər: "Əgər son ana qədər döyüşən şəhid Sinvar kimilər və ya cihadı, ağılı, şücaəti və fədakarlığı birləşdirib, meydana gətirən şəhid Seyid Həsən Nəsrullah kimi yüksək səviyyəli liderlər olmasaydı, bölgənin taleyi tamamilə başqa cür olacaqdı".

O, Həzrət daha sonra qeyd ediblər ki, sionistlər müqavimət qruplarını asanlıqla aradan qaldıracaqlarına inanırdılar, lakin bu gün müqavimətin bəzi tanınmış liderləri də daxil olmaqla 50 mindən çox mülki və günahsız insanın şəhadətinə, böyük xərclərə və Amerikanın dəstəyinə və bütün dünyada hətta ABŞ unuversitetlərində belə, onlara qarşı yaranan nifrətə və onların üzüqaralığına baxmayaraq, Müqavimət Cəbhəsi və HƏMAS, İslami Cihad, Hizbullah və digər müqavimət qruplarındakı mübariz gənclər eyni əzm və qüdrətlə mübarizə aparırlar və bu, sionist rejim üçün böyük bir məğlubiyyətdir.

Zati-aliləri ən böyük məğlubiyyəti Qərb mədəniyyəti və sivilizasiyasının aqibəti hesab edərək, buyurublar: "10 min günahsız və məzlum uşağın iki tonluq bomba və müxtəlif növ silahlarla qətlə yetirilməsi, Qərb siyasətçiləri heç qaşını belə tərpətmədiyi halda, yalançı Qərb siyasətçiləri və insan haqları iddiaçılarının rüsvayçılığına səbəb oldu və Qərb sivilizasiyasının etibarsızlığını bütün dünyaya göstərdi. Bu, onlar üçün ən böyük məğlubiyyətdir".

Həzrət Ayətullahül-üzma Xamenei sionist rejimə dəstək verən cəbhənin şər cəbhəsi olduğuna işarə edərək, əlavə ediblər: "Bu şər cəbhənin qarşısında Müqavimət Cəbhəsi dayanır və Allahın lütfü ilə qələbə də Müqavimət Cəbhəsinin olacaqdır". 

Teqlər