Ali Məqamlı Rəhbər: Sionist rejimin səhv hesablamasını ona başa salmaq lazımdır
İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyurub: Sionist rejimin başçıları İranla bağlı hesablamalarında səhvə yol verirlər, çünki, İran xalqını və gənclərini tanımırlar və hələ də nu xalqın gücünü, bacarığını, təşəbbüskarlığını və iradəsini düzgün anlaya bilməyiblər".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bazar günü təhlükəsizlik şəhidlərinin ailələri ilə görüşdə xəbis sionist rejimin Qəzzə və Livanda ən vəhşi cinayətlər törətməkdə davamlı hərəkətlərinə toxunaraq, bu iyrənc rejimə qarşı qlobal koalisiyanın yaradılmasına çağırıblar.
Ali Məqamlı Rəhbər sionist rejimin 26 oktyabr səhər saatlarındakı şər addımı ilə bağlı əlavə ediblər: "Etdikləri bu qələtlə bağlı, hansı ki, özləri xüsusi məqsədlər üçün onu şişirdirlər, bunu kiçik saymaq və onun bir şey olmadığını və əhəmiyyətsiz olduğunu söyləmək də səhvdir".
O, Həzrət vurğulayıblar: "İran xalqının qüdrət və iradəsini sionist rejimə necə başa salmaq rəsmilərin vəzifəsidir. Onlar işin keyfiyyətini müəyyən etməli və bu ölkə və bu xalqın xeyrinə olanı həyata keçirməlidirlər ki, sionist rejim İran xalqının kim olduğunu və onun gənclərinin necə olduğunu anlasınlar".
Həzrət Ayətullahül-üzma Xamenei sionist rejimin Qəzzə zolağında iyrənc cinayətlərinə, o cümlədən ən qəddar hərbi cinayətlərin bariz nümunəsi olan, on min uşağın və on mindən çox qadının şəhid edilməsinə toxunaraq, ölkələrin və BMT kimi beynəlxalq təşkilatların sionist rejimin əməllərinə qarşı çıxmaq məsələsində səhlənkarlığını tənqid edərək, buyurublar: "Müharibənin qayda və qanunları və çərçivələri var və müharibələrdə bütün çərçivələri aşmaq olmaz, lakin işğal olunmuş ərazilərə hakim olan cinayətkar dəstə bütün hüdudları və bütün qaydaları ayaqları altında əzmişlər".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri ölkələrin, xüsusilə də İslam ölkələrinin cinayətkar rejim qarşısında dayanmasını və bu cəllad rejimə qarşı qlobal koalisiyanın yaradılmasını zərurui hesab ediblər və qeyd ediblər ki, rejim qarşısında dayanmaq dedikdə, söhbət təkcə rejimə kömək edib-etməməkdən getmir, çünki bu qəsbkar rejimə kömək etmək ən çirkin və ən böyük günahlardan biridir, əksinə bu rejim qarşısında dayanmaq yəni bu gün ən vəhşi müharibə cinayətlərini törədən şər rejimə qarşı siyasi və iqtisadi qlobal koalisiya, lazım gələrsə, hərbi koalisiya təşkil olunmalıdır.
Zati-aliləri, həmçinin təhlükəsizlik şəhidlərinin əziz ailələrinə xitabən bu şəhidləri haqq yolunda şəhid olan ən üstün şəhidlər adlandırıblar və cəmiyyətin bütün işlərində və insanların həyatının müxtəlif aspektlərində təhlükəsizliyin fundamental əhəmiyyətinə işarə edərək, vurğulayıblar: "Təkcə güclü İran ölkənin və xalqın təhlükəsizliyini və tərəqqisini təmin edə və qaranta ala bilər. Ona görə də, İran hər ötən gün bütün iqtisadi, siyasi, elmi, müdafiə və idarəçilik sahələrində daha güclü olmalıdır".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri milli gücü İranın təhlükəsizliyini təmin edən yeganə amil hesab ediblər və əlavə ediblər: "Ölkənin və cəmiyyətin təhlükəsizliyini qorumaq və İranın inkişafı üçün bütün istiqamətlərdə güclü olmaq lazımdır".