Amerika və sionist rejim mütləq möhkəm cavab alacaqlar
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Düşmənlər, o sıradan Amerika və sionist rejim bilsinlər ki, İran və müqavimət cəbhəsi qarşısında etdikləri hərəkətlərə görə, mütləq möhkəm cavab alacaqlar.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei ölkə üzrə bir qrup məktəbli və tələbə ilə görüşdə buyurublar: Məsələ, beynəlxalq zülmlə mübarizə məsələsidir. İran xalqı üçün İslam təlimlərindən ilham almaqla zülm və zalımlarla mübarizə, bir vəzifədir.
O həzrət əlavə ediblər: İran xalqının və ölkə rəsmilərinin bugünkü dünya nizamına hakim kəsilmiş cinayətkar aparat və dünya imperializmi ilə mübarizə istiqamətindəki ümumi hərəkəti mütləq şəkildə qüsursuz həyata keçiriləcək. Buna əmin olun.
İnqilab Rəhbəri vurğulayıblar: Məsələ, sırf olaraq intiqam məsələsi deyil. Məsələ, məntiqli bir hərəkətdir; dinə, əxlaqa və şərə uyğun və beynəlxalq qanunlarla uyuşan bir mübarizədir. İran xalqı və ölkə rəsmiləri bu istiqamətdə heç bir ehmal etməyib, əllərindən gələni əsirgəməyəcəklər.