Noy 04, 2024 11:43 Asia/Baku
  • İran öz hərbi qüdrətini qoruyub saxlayır

Sepah baş komandanının müavini: Düşmən layiqli cavab alacaq

  SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın komandan müavini bildirib ki, düşmən tərəfindən atılan hər hansı düşmənçilik addımı Müqəddəs Müdafiənin xatirəsi və irsi ilə cavablandırılacaq.

General Əli Fədəvi bazar günü, 13 Aban günü Şərif Universitetində etdiyi çıxışında deyib: “Qəzzə müharibəsinin xüsusiyyətlərindən biri də dünya xalqlarının 76 il onlara yalan deyilməsini başa düşməsi idi. Dünya ölkələrinin 91 faizində küçələrdə nümayişlər keçirildi. Dünya xalqları anladı ki, sionist rejim işğalçıdır, Fələstin torpağını işğal edib, insanları evlərindən qovub, insanları, qadınları və uşaqları öldürüb”.

General çıxışının digər hissəsində qeyd edib ki, bəzi ərəb ölkələrinin üzərinə sanki ölüm torpağı tökülüb, onlar nəinki hərəkət etmirlər, hətta sionistlərə və qatillərə kömək edirlər.

 

 

Teqlər