Əraqçi:
Müharibə genişlənərsə, onun zərərli təsirləri təkcə Qərbi Asiya regionu ilə məhdudlaşmayacaq
İran XİN-nın deyib: "Dünya bilməlidir ki, müharibə genişlənərsə, onun zərərli təsirləri təkcə Qərbi Asiya regionu ilə məhdudlaşmayacaq. Gərginlik və qeyri-sabitlik başqa bölgələrə və hətta uzaqlara yayıla biləcək bir şeydir"
Seyid Abbas Əraqçi bu gün səhər – şənbə, noyabrın 9-da zirvə zalında keçirilən “Nəsrullah Məktəbi” beynəlxalq konfransında şəhidlərin və müqavimət liderlərinin ruhlarını salamlayarkən deyib: Bu gün biz müqavimətin bu böyük və möhkəm lideri Şəhid Seyid Həsən Nəsrullahın xatirəsini ehtiramla yad etmək üçün toplaşmışıq. O, təkcə Livan üçün deyil, İslam dünyası və bütün azadlıqsevər xalqlar üçün müqavimət, mərdlik, zülm və təcavüzə qarşı dayanma simvolu olan bir şəxsiyyət idi.
Əraqçi dedi: Qəsbçi, aparteid və uşaq qatili olan sionist rejim Qəzza və Livanda atəşkəsin yaradılmasına dair bütün plan və təklifləri rədd edərək, Fələstin və Livandakı cinayətlərini davam etdirir və təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət sionistlərin soyqırımını dayandıra bilməyib və ya onlar yalnız sionistlərin müharibə alovunu artırmasına və bütün regionda sabitliyi pozmaq cəhdlərinə tamaşa edirlər. Dünya bilməlidir ki, müharibə genişlənərsə, onun zərərli təsirləri təkcə Qərbi Asiya regionu ilə məhdudlaşmayacaq. Gərginlik və qeyri-sabitlik başqa bölgələrə və hətta uzaqlara yayıla biləcək bir şeydir.