Pezeşkian və Bin Salman İran-Ərəbistan əlaqələrini müzakirə ediblər
İran İslam Respublikası prezidenti və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi telefon danışığında ikitərəfli münasibətləri müzakirə edərək, İran və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiklərini bildiriblər.
Bazar günü baş tutan bu telefon danışığında Məsud Pezeşkian İran və Səudiyyə Ərəbistanı başçılarının qətiyyətini və iradəsini nəzərə alaraq, iki ölkə arasında əlaqələrin əvvəlkindən daha çox və bütün səviyyələrdə inkişaf edəcəyinə və genişlənəcəyinə ümid etdiyini bildirib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da öz növbəsində prezident Pezeşkianın bu telefon zəngini yüksək qiymətləndirərək, deyib: “İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələr indi tarixi dönüş nöqtəsindədir və biz ikitərəfli münasibətlərin bütün sahələrdə ən yüksək səviyyəyə yüksələcəyinə ümid edirik".
O, İranın birinci vitse-prezidentinin Ər-Riyadda olmasından istifadə edəcəyini və onunla bu kontekstdə danışıqlar aparacağını da bildirib.
Səudiyyə Ərəbistanının vəliəhdi, prezident Pezeşkianın onu İrana səfər etmək dəvətinə cavab olaraq, deyib ki, İrana səfər onun üçün fəxrdi və İrana ən qısa zamanda səfər etmək imkanının yaranacağına ümid edir.