İranın vitse-prezidenti İlham Əliyev ilə görüşdü
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina Ənsari ilə görüşüb. ardı...
Bu məlumata əsasən gözüşdə Məsud Pezeşkiyanın prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan Azərbaycan Respublikasının dövlət başçısı vurğulayıb ki, Pezeşkiyanın prezident seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.
İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari isə əlaqələrimizin tarixi xarakter daşıdığını bildirib.
Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlıq qeyd olunub, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulanıbdır.
Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqədar Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlığın vacibliyi qeyd edilib.
Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə də toxunulub, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.