Noy 21, 2024 11:26 Asia/Baku
  • Seyidrza Salehi-Amiri “COP 29”-da çıxış edib

İranın Mədəni İrs, Turizm və Əl İşləri Naziri Seyidrza Salehi-Amiri Bakıda keçirilən “COP 29” konfransı çərçivəsində Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin görüşündə çıxış edib.

  Nazir Seyidrza Salehi-Amiri bu toplantıda deyib: “Son illər turizmdə davamlılıq və iqlim dəyişikliyi ilə bağlı məsələlər ciddi şəkildə gündəmə gətirilir. Turistlərin səyahətində qeydə alınan rekor göstəricilər də turizm sənayesinin beynəlxalq səviyyədə artan əhəmiyyətini göstərir. Bu isə, turizmdə davamlı inkişaf sahəsində yeni modelin təqdim edilməsinin zəruriliyini özlüyündə ehtiva edir"

Qeyd edək ki, noyabrın 20-də COP29 çərçivəsində keçirilən Turizm Günündə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” işini başa çatdırıb.

Görüşdə “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət aktoru iştirak edib.

Teqlər