Dek 07, 2024 12:50 Asia/Baku

Təbrizin Cümə İmamı Azərbaycan Respublikasında dini etiqad azadlığının pozulmasını tənqid edib.

Mütəhhəri Əsl cümə xütbəsində çıxış edərkən deyib: “Müsəlman və şiə Azərbaycan xalqı bizim qardaş və bacılarımızdır. Onlar Əhli-beytə (ə) əzadarlıq etmək istədiyi halda buna maneələr qoyulur”

O daha sonra əlavə edib ki, İran xalqı ilə Azərbaycan Respublikası arasında əlaqələr dərin və köklü bir əlaqədir. Biz bu ölkədəki dini məhdudiyyətlərdən çox narahatıq. Onların əqidə azadlığı yoxdur və insanlar İmam Hüseyn (ə), Həzrət Zəhra (ə) və Əhli-Beyt (ə) üçün əzadarlıq mərasimi keçirə bilmir.

Mütəhhəri Əsl Azərbaycanın dövlət rəsmilərinə müraciət edərək vurğulayıb ki, Əhli-beytə (ə) məhəbbət fitri bir məhəbbətdir və Azərbaycan Respublikasının xalqı da pak Əhli-Beyt (ə) imamlarını sevir.Ümid edirik ki, Azərbaycan hökuməti insan haqlarına və dini azadlıqlara hörmətlə yanaşacaq və xalqı narahat etməyəckdir.Vəliyyi Fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi Azərbaycan Respublikasının dövlət rəsmilərindən istəyib ki, dini və əqidə azadlığı ilə bağlı insan hüquqlarına hörmətlə yanaşılsın.

Teqlər