Suriya ordusu öz işini layiqincə yerinə yetirmədi
İran XİN-i Suriyada gedən son hadisələrlə bağlı açıqlama verib
Əraqçı qeyd edib ki, İran və Suriyanın təhlükəsizlik xidməti İdlibdəki hərəkatlardan tam xəbərdar idi və bu məsələ haqda məlumat Suriya hökumətinin ixtiyarına qoyulmuşdu. Gözlənilməz olan Suriya ordusunun acizliyi və hadisələrin sürətlə dəyişməsi idi. İŞİD-lə mübarizədə Suriyaya hərbçiləri göndərməsəydik, onlarla İran ərazisində döyüşməli olacaqdır. Əlbətdə bu, öz təhlükəsizliyimiz üçün idi. Gördüyünüz kimi, bunun üçün İran ərazisində də əməliyyatlar aparılıb.
O daha sonra bildirib ki, Suriya hökuməti öz daxili işlərində bizdən kömək istəməyib. Biz heç də Suriya ordusunu müxaliflərlə qarşıdurmada əvəz etməli deyildik. Suriyanın müxalifətlə qarşıdurma bizimlə yox, Suriya hökuməti və ordusuna aid idi.
Suriya ordusu öz işini layiqincə yerinə yetirmədi. Biz Suriyada baş verən planlardan xəbərdar idik.Hətta Suriya hökumətinə neçə cəbhənin təşkil olunduğu barədə məlumatı da bildirdik. Lakin buna görə Suriyanın döyüşmək üçün heç bir səy göstərmədi. Ötən həftə Bəşər Əsədə də bu haqda deyildi. Ordunun səhlənkarlığı onun özünə də təsir etmişdi.
Biz sionist rejimi Suriyadakı hadisələrdən sui-istifadə etmələri ilə bağlı xəbərdarlıq edirik. Müxtəlif tərəflər İranın Suriyadakı səfirliyi və konsulluğunun və müqəddəs yerlərin təhlükəsizliyi ilə bağlı bizə təminat veriblər. Suriyadakı müxtəlif qruplarla əlaqəmiz var.Regionun müqavimət qrupları sionist rejimin.
Suriyadakı hərəkətlərini yaxından izləyir. Suriyanın müqavimət tərəfini tərk edəcəyinə əmin deyiləm. Çünki Suriya müqavimətin dəstəklənməsində mühüm rol oynadı, lakin Müqavimət Cəsbhəsi Suriyaya bağlı deyil. Müqavimət heç bir yerə bağlı deyil. Yəmən və Qəzza ilə əlaqə yolumuz açıqdırmı? Müqavimət öz yolunu özü açır, öz silahını özü təmin edir.Livan müqavimətinin bir neçə illik təchizatı və silahları var.
Belə düşünülməsin ki, Hizbullahın Suriyada baş verən proseslərlə bağlı xüsusi problem yaşayacaq.