BMT və BMT TŞ İranın Suriyadakı diplomatik məkanlarına qarşı hücumları pisləməlidir
https://azeri.sahartv.ir/news/İran-i416737-bmt_və_bmt_tŞ_İranın_suriyadakı_diplomatik_məkanlarına_qarşı_hücumları_pisləməlidir
Silahlı qrupların İranın Suriyadakı diplomatik məkanlarına qarşı hücumlarından sonra İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi təşkilatın baş katibinə və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb və onların bu qanun pozuntusunu dərhal pisləmələrini istəyib.
(last modified 2024-12-10T06:56:23+00:00 )
Dek 10, 2024 10:54 Asia/Baku
  • BMT və BMT TŞ İranın Suriyadakı diplomatik məkanlarına qarşı hücumları pisləməlidir

Silahlı qrupların İranın Suriyadakı diplomatik məkanlarına qarşı hücumlarından sonra İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi təşkilatın baş katibinə və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb və onların bu qanun pozuntusunu dərhal pisləmələrini istəyib.

  İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani yerli vaxtla bazar ertəsi günü BMT baş katibinə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda əlavə edib: Bu hərəkətlər diplomatik məkanların toxunulmazlığı və onların işçilərinin təhlükəsizliyinə zəmanət verən diplomatik əlaqələr barədəki 1961-ci il və konsulluq əlaqələri ilə bağlı 1963-cü il Vyana konvensiyalarının aşkar şəkildə pozulması deməkdir.

İran İslam Respublikası vurğulayır ki, diplomatik və konsulluq məkanlarının və onların nümayəndələrinin toxunulmazlığı daim beynəlxalq hüquqlara uyğun şəkildə möhtərəm sayılmalıdır- deyə, İrəvani vurğulayıb.