Dek 13, 2024 19:12 Asia/Baku

Türkiyə-İran Qarışıq İqtisadi Komissiyasının 29-cu Dövr Toplantısı İranın paytaxtı Tehranda İranın Yol və Şəhərsalma naziri Fərzanə Sadiq və Türkiyə ticarət naziri Ömər Bolatın iştirakı ilə keçirilib.

Ticarət, nəqliyyat, gömrük, tranzit, investisiya, bankçılıq, elektrik və enerji, kənd təsərrüfatı, mədəniyyət və turizm kimi sahələrdə əməkdaşlıq imkanlarının qiymətləndirildiyi görüşdən sonra İran ilə Türkiyə arasında bu sahələrdə müxtəlif anlaşma memorandumları imzalanıb.

Toplantıdan sonra İran və Türkiyədən iki nazir, iş adamları və investorların iştirak etdiyi Türkiyə-İran Biznes Forumu keçirilib.

İranın Yol və Şəhərsalma naziri Fərzanə Sadiq də iki ölkə arasında əməkdaşlıq potensialının inkişafında belə tədbirlərin təşkilinin vacibliyini vurğulayıb.

Türkiyə ilə keçən il 11,7 milyard dollar olan qarşılıqlı ticarət həcmi bu il artmağa başladığını vurğulayn nazir Fərzanə Sadiq bildirib ki, “İranın Türkiyəyə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz artaraq 4 milyard 415 milyard dollara çatıb.İranın Türkiyədən idxalı isə, ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artaraq 7 milyard 78 milyard dollara çatıb.

Nazir Fərzanə Sadiq iki ölkə arasında 30 milyard dollarlıq ticarət həcminə çatmaqda qərarlı olduqlarını bildirib.İki ölkə arasında ticarətin inkişafının bank əlaqələri tələb etdiyinə diqqət çəkən Fərzanə Sadiq, "Keçmişdə milli valyuta ilə ticarət və digər üsullarla bağlı müqavilələr bağlanıb, yenilənməsi və tətbiqi lazımdır"-deyib

Bu toplantıda Türkiyə ilə İranın iki dost və yaxın qonşu ölkə olduğunu bildirən Ömər Bolat qeyd edib ki, "Bu baxımdan iki ölkənin münasibətlərini ən yüksək səviyyəyə qaldırmaq iradəsi var. Biz cənab prezidentimizin hədəfinə uyğun olaraq böyük səylər göstəririk və İranla ticarət həcmini 30 milyard dollara çatdırmaq niyyətindəyik"

Teqlər