Dek 28, 2024 13:08 Asia/Baku

İran Silahlı Qüvvələrin Baş Qərargahı "9 dey" İlahi və əlamətdar bayram günü ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

"Suriyada baş verənlərin Amerika və sionistlərin birgə planının məhsulu olduğuna heç bir şübhə olmamalıdır. Amerika öz keçmişinə baxmaqla daha yaxşı başa düşər ki, onların keçmişdə olduğu kimi bütün arzuları qəhrəman İranın müsəlman xalqı tərəfindən ayaqlar altına alınıb və Allahın lütfü ilə də Suriyada da heç nəyə nail olmayacaqlar.

İran İslam Respublikasının qüdrətli silahlı qüvvələri bütün təcrübələrindən və ən son müdafiə nailiyyətləri və xalqın dəstəyindən istifadə edərək, bütün gücü və tam hazırlığı ilə, güclü müdafiə və qorunmaq üçün ən kiçik səyini göstərməkdən belə çəkinməyəcək.

Silahlı Qüvvələr İslam İnqilabının and içmiş düşmənlərinin istənilən təhdid və təcavüzünə qəti və qəti cavab verməyə həmişə hazırdır"

Teqlər