Yan 03, 2025 15:02 Asia/Baku
  • Bütün varlığımla şəhid Süleymani ilə fəxr edirəm

Bütün varlığımla general-leytenant şəhid Süleymani ilə fəxr edirəm. O, ölkənin və regionun hər bir nöqtəsində dini və məzhəbindən asılı olmayaraq, məzlumu müdafiə etmək üçün fəaliyyət göstərər və gecə-gündüz bilməzdi. Bunları, İran prezidenti söyləyib.

Məsud Pezeşkiyan dünən axşam Tehran müsəllasında Hacı Qasım Süleymaninin şəhadətinin beşinci ildönümü mərasimində deyib: Bu gün buraya varlığı və yolu bizim getməli olduğumuz yol üçün daimi bir meyar ola biləcək şəxsiyyət barədə söhbət etməkdən ötrü toplaşmışıq.

Həzrət Əli ələyhissəlamın vəsiyyətinin mətninə işarə edən ölkə prezidenti belə söyləyib: General Süleymaninin gördüyü iş, mövla Əli ələyhissəlamın tövsiyəsinin icrasıdır. O həzrət təqvanı tövsiyə etdikdən sonra buyurdu ki: Dünyanın ardınca getməyin, hətta əgər o sizin ardınızca gəlsə belə. Əgər həmin tövsiyəyə əməl edəriksə, bu gün müsəlmanlar arasında olan bütün dava və ixtilaflar aradan qalxmış olacaq.

İran prezidenti vurğulayıb: Şəhid Süleymani həyatı və qanını hədiyyə etməklə bu yolu dünya xalqlarına göstərdi. O, özünün bütün ömrü və həyatını məzlumu müdafiə və xalqa xidmət yolunda keçirdi və öz qanı ilə zalımları rüsvay etdi.

Cənab Pezeşkiyan sonra belə qeyd edib: Qızımız- Zeynəb Süleymani məni bu mərasimə dəvət edərkən, qəbul etmək istəmirdim, çünki onun barəsində danışa bilmək mövqeyində olan bir kəs deyildim. Lakin tam utanaraq və malik olduğum mövqeyə görə qəbul etdim. Mən general Süleymani ilə bütün varlığımla fəxr etmişəm və edirəm də.

İran prezidenti sözlərinə belə davam edib: Şəhid Süleymani İran xalqının və dünya müsəlmanlarının fəxr simvolu idi. O, insanların dininə, məzhəbinə, zövqü və ya baxışına məhəl qoymadan, dünyanın hər bir nöqtəsində, o sıradan, İraqda, Suriyada, Livanda və Əfqanıstanda məzlumların müdafiəsi üçün müqavimət göstərdi. Bu böyük komandan, heç vaxt siyasi cərəyanlara daxil olmadı və özünün bütün səyini islami cəmiyyətlər arasında vəhdət və birlik yaratmaq üzərində təmərküzləşdirdi.

Düşmənlərin müsəlmanlar arasında təfriqə salmaq üzrə səylərinə toxunan Pezeşkiyan vurğulayıb: Düşmənin bu gün öz planında malik olduğu şey, müsəlmanlar arasında ixtilaf salmaqdır. Bizim vəzifəmiz, bu planları zərərsizləşdirmək üçün var gücümüzlə səy göstərməkdir

Teqlər