Yan 04, 2025 12:30 Asia/Baku
  • İran nüvə müzakirələrinin bərpasına hazırdır

İranınXİN-i bildirib ki, Tehran özünün nüvə proqramı barədə konstruktiv və təxirsiz müzakirələrə hazırdır.

Çinin CCTV telekanalına eksklüziv müsahibə verən Seyid Abbas Əraqçı əlavə edib: "Bizim nöqteyi-nəzərimizcə, mövcud olan formula, elə həmin sabiq nüvə anlaşması formulasıdır, yəni sanksiyaların aradan qaldırılması qarşılığında İranın nüvə proqramı barədə etimadın yaradılması. Bu əsasda danışıqlara hazırıq"

Abbas Əraqçı sionist rejimin təhdidlərinə də toxunub:

"Biz sionist rejimin yeni təhdidlərilə mübarizəyə tam hazırıq. Ümid edirəm ki, sionistlər tərəfindən belə bir dəlilik edilməyəcək, çünki onun nəticəsi, əhatəli bir müharibə olacaq"

O bildirib ki, İsrail rejimi Qəzzəyə hücum gedişində özünün əsas məqsədinə çatmayıbdır. İsrail Həmas-ı məhv etmək məqsədilə Qəzzəyə daxil oldu, lakin bu gün elə həmin HƏMAS-la atəşkəs üçün müzakirə aparmağa məcburdur.

Əraqçı Suriyanın yeni hökuməti ilə əlaqələr barədə isə belə deyib: "Bizim Suriya ilə necə anlaşacağımız Suriyadakı qarşı tərəfin rəftarından asılıdır. İran tam xoşməramlılığa malikdir və Suriyada asayiş istəyir"

Teqlər