Rusiyanın İsraili zorakılığı dayandırmağa məcbur etmək sahəsində daha parlaq rol oynamasını gözləyirik
https://azeri.sahartv.ir/news/İran-i417672-rusiyanın_İsraili_zorakılığı_dayandırmağa_məcbur_etmək_sahəsində_daha_parlaq_rol_oynamasını_gözləyirik
Rusiyanın İsraili zorakılığı dayandırmağa məcbur etmək sahəsində daha parlaq rol oynamasını gözləyirik. Bunu, İran Xarici İşlər Nazirliyiinin sözçüsü deyib.
(last modified 2025-01-18T03:11:28+00:00 )
Yan 18, 2025 07:09 Asia/Baku
  • Rusiyanın İsraili zorakılığı dayandırmağa məcbur etmək sahəsində daha parlaq rol oynamasını gözləyirik

Rusiyanın İsraili zorakılığı dayandırmağa məcbur etmək sahəsində daha parlaq rol oynamasını gözləyirik. Bunu, İran Xarici İşlər Nazirliyiinin sözçüsü deyib.

  İsmayıl Bəqayi İran prezidenti Məsud Pezeşkiyanın Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər etməsi ilə bir zamanda Ria-Novosti agentliyi ilə eksklüziv müsahibədə bildiribdir ki, Suriya və Qəzzə olayları İran prezidentinin Moskvadakı danışıqlarının istiqamətlərindən olacaq.

O həmçinin bildiribdir ki, İran və Rusiya prezidentləri ehtimal üzrə İranın nüvə məsələsilə bağlı son hadisələr barədə də söhbət edəcəklər.

BRİKS və Şanxay əməkdaşlıq təşkilatının əhəmiyyəti günü-gündən artır- deyən İran diplomatiya aparatının sözçüsü vurğulayıb ki, bu iki təşkilat Qərbin sanksiyalarının zərərsizləşdirilməsində təsirli təşkilatdır.

Bəqayi bu müsahibədə habelə deyibdir ki: Rusiyanın İsraili öz öhdəliklərinə riayət etməyə və zorakılığı dayandırmağa məcbur etmək sahəsində daha parlaq rol oynamasını gözləyirik.