Bəqayi Təl-Əvivin Somaliyə qarşı şər hərəkəti barədə xəbərdarlıq edib
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi/ sionist rejimin Somalini parçalamaq fitnəsini həyata keçirmək yolu ilə, bu islami ölkənin suverenliyi və ərazi bütövlüyünü biabırçı tərzdə pozmasını, BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin açıq şəkildə pozulması adlandırıb və onu pisləyibdir.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi, İran İslam Respublikasının/ Somali Federal Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması vacibliyinə dair prinsipial mövqeyinə təkid edib.
Bəqayi, sionist rejimin işarə olunan şər hərəkətini/ bu rejimin region ölkələrini səbatsızlaşdırma və «Afrika buynuzu» və Qızmızı dəniz bölgəsində əmin-amansızlığı şiddətləndirmə siyasəti istiqamətində dəyərləndirib.
İslam Əməkdaşlığı Təşkilatının, eləcə də Afrika İttifaqının sionist rejimin hərəkətini pisləmək üzrə qətiyyətli mövqelərini himayə edən İsmayıl Bəqayi, işğalçı rejimin sözügedən ekspansianist və təhdidyaradan addımının zərərsizləşdirilməsi üçün beynəlxalq ictimaiyyətin qətiyyətli addımlar atmasını istəyib.