Ali Rəhbərin “Tibb Bacısı” günü münasibətilə müraciəti
https://azeri.sahartv.ir/news/İran-i423586-ali_rəhbərin_tibb_bacısı_günü_münasibətilə_müraciəti
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Həzrət Zeynəbin (s.ə.) mövludu və Tibb Bacısı Günü münasibətilə yayımladığı müraciətdə İslami İranın Zeynəb ruhlu qadın və qızlarının İran xalqının misilsiz dirçəlişi dövründəki rolunu heyrətamiz adlandırıb.
(last modified 2026-10-17T14:17:42+00:00 )
Okt 17, 2026 15:04 Asia/Baku
  • Ali Rəhbərin “Tibb Bacısı” günü münasibətilə müraciəti

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Həzrət Zeynəbin (s.ə.) mövludu və Tibb Bacısı Günü münasibətilə yayımladığı müraciətdə İslami İranın Zeynəb ruhlu qadın və qızlarının İran xalqının misilsiz dirçəlişi dövründəki rolunu heyrətamiz adlandırıb.

Ali Rəhbərin müraciətində deyilir:“İslam hərəkatının və İslam İnqilabının tarixi ilk gündən İranın qadın və qızlarının zeynəb ruhlu iştirakının parlaq səhnələri ilə doludur. Xalqın Üçüncü Müqəddəs Müdafiə dövründə yaşadığı misilsiz dirçəliş mərhələsində bu iştirak həm keyfiyyət, həm də kəmiyyət baxımından heyrətamiz səviyyəyə çatmışdır. Bu gün İslami İranın Zeynəb ruhlu qadınları müxtəlif sahələrdə, xüsusilə şəhər və kəndlərdə keçirilən meydan tədbirlərində fəal iştirak edərək, əməli izah və maarifləndirmənin, eləcə də sərt müharibə cəbhəsinin arxasında müqavimətin öncülləridirlər. Belə ki, daim bu xalqın əzab və ağrı çəkməsini və repressiyaya məruz qalmasını arzulayan dövrün tağutları özlərində bu böyük qüvvə ilə qarşılaşmaq qüdrəti görmürlər.Tibb bacısının rolu həkimlər, müəllim və tərbiyəçilər, din xadimləri və xilasedicilər kimi bəzi digər təbəqələrin rolu kimi həyatverici və ümidbəxşdir. Buna görə də bəzən tibb bacısına rəhmət mələyi kimi baxılır.O Həzrət, əlavə ediblər: “Tibb bacılarına diqqət yetirilməsi, tibb bacılığı cəmiyyətinin gücləndirilməsi, onların bilik və bacarıqlarının, imkanlarının, ruh yüksəkliyinin, motivasiyasının və ləyaqətinin qorunub saxlanılması və yüksəldilməsi, xüsusilə də özlərini dövlət və qeyri-özəl müəssisələrdə xidmətə həsr edən tibb bacılarına dəstək göstərilməsi cəmiyyətin fiziki və mənəvi sağlamlığına, eləcə də təhlükəsizliyinə mühüm təsir göstərir”.