Hörmüz boğazında dəniz minasına çırpılan nəhəng tankerin göyərtəsində güclü partlayış baş verib
https://azeri.sahartv.ir/news/İran-i423588-hörmüz_boğazında_dəniz_minasına_çırpılan_nəhəng_tankerin_göyərtəsində_güclü_partlayış_baş_verib
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələri bildirib ki, Hörmüz boğazında dəniz minasına çırpılan supertankerin göyərtəsində güclü partlayış baş verib.
(last modified 2026-10-17T14:17:43+00:00 )
Okt 17, 2026 15:26 Asia/Baku
  • Hörmüz boğazında dəniz minasına çırpılan nəhəng tankerin göyərtəsində güclü partlayış baş verib

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələri bildirib ki, Hörmüz boğazında dəniz minasına çırpılan supertankerin göyərtəsində güclü partlayış baş verib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda deyilir: “2 milyon barreldən çox xam neft daşıyan və Hörmüz boğazında qadağan olunmuş marşrutla keçməyə cəhd edən bir supertanker minaya düşüb. Nəticədə güclü partlayış baş verib və ardınca yanğın başlayıb.Sözügedən tanker bütün mövqe təyinetmə və radar sistemlərini söndürərək, hiylə ilə və "qaçaqmalçı və terrorçu" ABŞ hərbçilərinin himayəsi altında Hörmüz boğazından keçməyə cəhd göstərib.SEPAH-ın Hərbi Dəniz Qüvvələri əlavə edib: "Hörmüz boğazı bağlıdır; qaydaları pozan və Hörmüz boğazında İranın qaydalarına riayət etməyən gəmilərin aqibəti, terrorçu ABŞ hərbçilərinə etibar etməkdən qaynaqlanan alovların içində yanmaq olacaq".